Şimali Koreya liderindən Ukrayna ilə bağlı mesaj: "Rusiyanı şərtsiz dəstəkləyirk"

img

14-07-2025 [00:37]


Şimali Koreya lideri Kim Çen In ölkəyə səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, Lavrovu çox xoş qarşılayan Şimali Koreya lideri Kim Çen In onunla görüşdə mühüm mesajlar verib.

O, hər zaman olduğu kimi “Ukrayna böhranı” ilə bağlı Rusiyanın yanında olduqlarını açıqlayıb: "Moskvanın Ukrayna ilə bağlı əsas narahat oldduğu məsələlər həll edilməlidir. Biz Moskvanın bu məsələlərin həllində birmənalı və hər hansı bir şərt olmadan dəstəkləyirik. Biz strateji məsələlərdə eyni fikirdəyik".

Kim Çenlə Lavrov arasında daha sonra ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:15 12.07.2025

Sabah isti hava olacaq