Xəbər televiziyanın bel sütunudur – Yeni mövsümə yeniliklərlə gəlirik
03-07-2025 [15:31]
Müasir televiziyalarda xəbərlər proqramının olması, yayımı və təqdimatı forma,üslub cəhətdən mütəmadi olaraq yenilənir.
İllər öncəki xəbər proqramları ilə müasir dövrdə təqdim olunan xəbərlərin müqayisəsində oxşar cəhətlər çox azdır. Müasir xəbərlərdə vizual və audio effektlərə geniş yer verilir.Hədəf auditoriyaları, yayım prosesində istifadə edilən yeni texnologiyalar, tematik yayımda xəbərin qrafik həlli,data jurnalistikanın önəmi, ilə yanaşı vizuallaşdırmanın televiziya xəbərlərində ilk tələb kimi ortaya qoyulmasına diqqət çəkilir.
Müasir televiziyalarda xəbərlərin təqdimatında vizual və audio effektlərə geniş yer verilməklə yanaşı,qrafik həll də mühüm əhəmiyyət kəsb edir. Televiziya yayımında yeni texnologiyalardan istifadə xəbərin məzmununu daha anlaşılan edir, keyfiyyəti və təsir gücünü artırır. Müasir texnologiyalar yayımın keyfiyyəti ilə yanaşı, səmərəliliyini və interaktivliyini də artırır. Televiziya kanallarını izlədikcə, demək olar bütün kanallarda xəbər proqramları var və xəbər proqramları tv kanallarının güzgüsü, simasıdır.
İllərin sınağından çıxmış, ölkənin ictimai-siyasi,iqtisadi,sosial və digər sahələrini işıqlandıran, gündəlik həyatda baş verənləri qərəzsiz, operativ şəkildə çatdıran xəbər proqramlarının rolu böyükdür. Artıq özünə kifayət qədər auditoriya toplayan xəbər proqramlarından öyrəniləsi çox şeylər var.
Yenicə fəaliyyətə başlayan xəbər proqramlarından biri də MTV kanalında yayımlanan “Xəbərdar” proqramıdır. Əslində ilyarım müddətdə efirə çıxan “Xəbərdar” izləyicilərini gündəlik xəbərlərlə məlumatlandırır. Proqramda ictimai və dövlət maraqlarının müdafiəsi ən mühüm şərtlərindən biridir. Bu, hər bir vətəndaşın qarşısında duran mühüm məsələdir və proqramda buna ciddi əməl edilir. Dövlətin, ictimaiyyətin maraqlarına xidmət etmək kimliyindən asılı olmayaraq hamının borcu olduğu kimi “Xəbərdar”da da bu prioritet məsələdir.
Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət və ya bunların hansının daha üstün olması ilə bağlı fərqli siyasi düşüncələr, yanaşmalar ciddi araşdırıldıqdan sonra yayımına qərar verilir.
Bu baxımdan ictimai-dövlət maraqlarının ön planda saxlanması çox aktual məsələ kimi qarşımızda dayanır. İctimai maraqlar cəmiyyətin hər bir təbəqəsinin rəyini əks etdirir. Bu gün ictimai maraq dövlətçilik şüurunun daha da güclü inkişaf etdirilməsi, cəmiyyətə aşılanmasını tələb edir.
Yeni olmasına baxmayaraq, az bir kollektiv ilə xəbərlər proqramlarının sırasına qoşulan,gün ərzində 3 dəfə yayımlanan “Xəbərdar”da Dövlət başçımız,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi fəaliyyəti, səfərləri, qəbulları yayımlanır. İşğaldan azad olunan ərazilərimizdə aparılan tikinti-quruculuq işləri, iqdisadiyyatımızda,sosial həyatımızda baş verən yeniliklər, dünya xəbərləri və mədəniyyət xəbərləri sıralanır.
Xəbər televiziyanın bel sütunudur. Yeni mövsümdə yeniliklər “Xəbərdar”dan da yan keçməyəcək. Efirə yeniliklərlə gələcəyik. Nəzərdə tutduğumuz yenilikləri izləyicilərimiz dərhal hiss edəcəklər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə telekanallarına diqqət və qayğısı bizi də ruhlandırır və ölkəmizə,dövlətimizə,dövlətçiliyimizə azacıq olsa da bu sahədə verdiyimiz töhfələrdən qürur duyuruq.
Fatimə Paşayeva
“Xəbərdar” proqramının baş redaktoru
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?