Prezident İlham Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoydu - FOTOLAR
GÜNDƏM
03.07.2025, 12:53
Prezident İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub.
Mia.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlət başçısına görüləcək işlər və “Ağdam-Xankəndi dəmir yolu” layihəsi barədə məlumat veriblər.
Bildirilib ki, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Ağdam–Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb. Bu dəmir yolu xətti boyunca 3 stansiyanın - Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin, mühəndis qurğularının, körpülərin, yolötürücülərin, avtomobil, piyada və kənd təsərrüfatı təyinatlı keçidlərin və digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur. Layihənin icra müddəti 2025–2026-cı illəri əhatə edəcək.
Diqqətə çatdırılıb ki, artıq Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb. Kompleksin sahəsi 6,4 hektar təşkil edəcək. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub. Kompleksin binası gözləmə zalı, bilet kassaları, tibb məntəqəsi, ana və uşaq otağı, mağazalar, restoranlar, inzibati və toplantı otaqları, uşaq əyləncə mərkəzi, açıq tipli terras və istirahət guşələrindən ibarət olacaq. Kompleksin dəmir yolu bölməsi gündəlik 800-1000 nəfər, avtovağzal isə 1000-1200 nəfər sərnişinə xidmət edəcək.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Ağdam–Xankəndi dəmir yolu 1979-cu ildə inşa olunub. Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Ulu Öndər bu regiona dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətlənib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
DÇ-2026: dünyanın nəhəng yığması bəlli oldu - Bir qırmızı kart və qolla... (YENİLƏNİB)
Bugün, 01:59 İDMAN
-
Tadiç 3 il sonra yenidən Niderland liqasına geri döndü
Bugün, 01:32 İDMAN
-
Məşhur jurnalist aylıq qazançını açıqladı: "Ayrıca evim və maşınım yoxdur"
Bugün, 00:51 PRESS
-
Türk klubundan bir ilk: 200 minə aldı, 6.5 milyon avroya satdı
Bugün, 00:25 İDMAN
-
İran Küveytin mülki obyektlərini yenə vurub - İşıq və su problemi yaranıb
Bugün, 00:25 GÜNDƏM
-
İrandan ABŞ bazalarına hücum: 3 hərbçi həlak olub
Bugün, 00:18 DÜNYA
-
Peruda zəlzələ: 6 nəfər ölüb, 32 nəfər xəsarət alıb
Bugün, 00:10 DÜNYA
-
Məşhur yutuber parik taxırmış
Bugün, 00:04 PRESS
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
Ayaz Salayev "Retro"dan niyə ayrılıb? - AÇIQLAMA
19.07.2026, 18:35 MƏDƏNİYYƏT
-
Sabahın hava proqnozu açıqlandı
19.07.2026, 12:15 CƏMİYYƏT
-
Ağdamda minalanmış ərazidə yanğın olub
19.07.2026, 12:09 GÜNDƏM
-
"İndiki dövrdə heç kimin çörəksiz qalmasını arzulamaram, lakin..." - Naxçıvan Ali Məclis sədrinin keçmiş birinci müavini elə şeylər yazdı ki...
19.07.2026, 12:05 SİYASƏT
-
Cenk Sümer: "Yuri Vernidubun bizdən xüsusi istəkləri olmadı"
19.07.2026, 11:39 İDMAN
-
Xocavəndin minalanmış ərazisində yanğın başlayıb
19.07.2026, 09:30 GÜNDƏM
-
DÇ-2026: 10 qollu matç və ingilislərin qələbəsi...
19.07.2026, 08:32 GÜNDƏM
-
XİN: Səməd Nəsrullayevin cənazəsi Azərbaycana yola salınıb
18.07.2026, 18:06 GÜNDƏM
-
İran Küveytin neft, enerji və su infrastrukturuna ağır zərbələr endirib (Yenilənib)
18.07.2026, 15:47 DÜNYA
-
Finlandiyada “Arşın mal alan” operettası uşaqların ifasında nümayiş etdirilib - FOTOLAR
18.07.2026, 14:19 MƏDƏNİYYƏT
-
Güclü külək əsəcək - Xəbərdarlıq
18.07.2026, 14:01 GÜNDƏM
-
Anar Ələkbərov, Leyla Əliyeva və rəsmilər Macarıstanda - FOTOLAR
18.07.2026, 13:04 MƏDƏNİYYƏT
-
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb
18.07.2026, 10:53 CƏMİYYƏT
-
ABŞ-ın Bəhreyndəki mühüm hərbi obyektləri vurulub
18.07.2026, 10:36 GÜNDƏM
-
Azərbaycan neftinin qioyməti 91 dolları ötüb
18.07.2026, 10:09 İQTİSADİYYAT
-
İran Səudiyyə Ərəbistanı və Küveytə zərbə endirib
18.07.2026, 08:33 GÜNDƏM
-
ABŞ və İran orduları bir-birlərinə zərbələr endirir
18.07.2026, 00:06 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
18.07.2026, 00:03 CƏMİYYƏT
-
Mikayıl Cabbarov Özbəkistanda - Şavkat Mirziyoyevlə fikir mübadiləsi aparılıb
17.07.2026, 21:10 İQTİSADİYYAT
-
Şirkətlər 256 milyon manatı "Bank Respublika"dan geri çəkib
17.07.2026, 19:50 İQTİSADİYYAT
-
İstanbulda ictimai nəqliyyatda gedişhaqları qalxdı – Yeni qiymətlər
17.07.2026, 18:55 İQTİSADİYYAT
-
Seda Sayandan qadınlara məsləhət: “Ərinizin subay dostunu evə soxmayın”
17.07.2026, 18:25 ŞOU-BİZNES
-
KTN: III investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
17.07.2026, 18:07 İQTİSADİYYAT
-
Azərbaycan Premyer liqası: komandalar yeni mövsümə necə hazırlaşır?
17.07.2026, 17:59 İDMAN
-
Azərbaycan, Türkiyə, İran, Qırğızıstan, Özbəkistan və Pakistan birgə hərbi təlim keçirəcək
17.07.2026, 17:50 GÜNDƏM