"Jurnalistlərin binası"nda qaz problemi yaranıb - "Azəriqaz" isə şikayətləri "qulaqardı"na vurur

img

01-07-2025 [22:42]


Artıq bir həftədən çoxdur ki, Bakının Səbail rayonu, Yeni Salyan şossesi 22-də yerləşən və "Jurnalistlərin binası" kimi tanınan binada təbii qaz verilişi ciddi şəkildə zəiflədilib.

Mia.az xəbər verir ki, bu haqda "Jurnalistlərin ikinci binası"nın sakinləri kütləvi şikayətlər etməyə başlayıb.

Binadan verilən məlumata görə, dəfələrlə 104 xidmətinə şikayət edilsə də, nəticə yoxdur: "Artıq qaz o qədər zəifləyib ki, kombilər işləmir...".

Binanın idarəçiliyinə cavabdeh olan "Səbail 15" MMMC-dən bildirilib ki, qurum adından da "Azəriqaz"a problemlə bağlı müraciət olunub.

Qeyd edək ki, problem bina sakinlərinin Votsap qrupunda da müzakirəyə çıxarılıb.

Samir
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR