Qəzzada savaş: daha 44 nəfər ölüb, aralarında uşaq və qadınlar da var

img

30-06-2025 [08:07]


İsrail ordusunun Qəzza zolağına hücumu fasiləsiz davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son hücum zamanı azı 44 nəfər ölüb.

Bu barədə Qəzzadakı Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, İsrail əsgərləri Qəzza zolağının müxtəlif bölgələrinə hücumlarını davam etdirir: "Bu gün səhərə yazın Qəzza şəhərinin şərqindəki Tuffah məhəlləsinə növbəti zərbə zamanı daha 7 nəfər həyatı ilə vidalaşıb, 15-dən çox yaraklı var. Bundan başqa, mərkəzdə  Zaviyə bazarı, cənub-şərqindəki Zeytun məhəlləsi, Samir məhəlləsi, Xan Yunus və digər bölgələri də atəş altında qalıb. Nəticədə ümumilikdə azı 44 nəfər həyatı ilə vidalaşıb, 100-dən çox yaralanan var."

Məlumatda deyilir ki, ölənlər arasında uşaq və qadınlar da az deyil.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR