Sabah Bakının bu hissəsində işıq olmayacaq

img

23-06-2025 [22:48]


Yeni Ramana qəsəbəsinin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisinə daxil olan hissəsində 24 iyun tarixində 6 kV-luq hava xəttində təmir işləri aparılacaq.

Mia.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Məlumata görə, bununla əlaqədar olaraq saat 09:00-dan saat 13:00-dək qəsəbənin Samir Əliyev və Mərkəzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:56 23.06.2025

Unun qiyməti açıqlandı

12:36 23.06.2025

Sabah yağış yağacaq