ABŞ İranı gözəgörünməz təyyarələrlə vurdu, Tramp həm təhdid, həm də çağırış etdi - Rəsmi Tehran "nəticəsi olacaq" dedi
22-06-2025 [09:02]
ABŞ İranın nüvə obyektlərini məhv edib.
Mia.az xəbər verir ki, bu haqda ameriak lideri Donald Tramp açıqlama verib.
O bildriib ki, ABŞ B-2 bombardmançı təyyarələrlə İranın Fordo, Nətənz və İsfahan daxil olmaqla üç nüvə obyektinə çox uğurlu hücum edib: "Bizim təyyarələr tapşırığı yerinə yetirməklə artıq İran hava məkanından çəkiliblər. Əsas obyekt olan Fordo üzərinə tam bomba yükü atıldı. Bütün təyyarələr təhlükəsiz şəkildə evə qayıdırlar. Möhtəşəm amerikalı döyüşçülərimizi təbrik edirəm. Bu axşam bütün dünyaya bildirə bilərəm ki, bu zərbələr heyranedici hərbi uğurla nəticələnib. İranın əsas uran zənginləşdirmə obyektləri tamamilə və bütünlüklə məhv edilib. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır!"
Tramp digər açıqlamasında Tehran rejiminə xəbərdarlıq edib: "Əgər İranın cavavba cəhd edərsə, o zaman daha ağır hücumla üzləşəcək".
İran ordusu nüvə obyektinə ABŞ tərəfindən hücumu təsdiqləyib.
Bildirilib ki, səhərə yaxın Fordo nüvə obyektinin ərazisinin bir hissəsi düşmən tərəfindən hava hücumuna məruz qalıb...
İranın Xarici işlər naziri Abbas Araqçi də B-2 hücumu ilə bağlı bəyanat yayıb.
O, ABŞ-ın İsfahandakı, Nətənzdəki və Fordodakı İran mülki obyektlərinə hücumunu beynəlxalq hüquq və nüvə silahlarının yayılmaması haqda müqavilələri pozduğunu bildirib: "BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Amerika Birləşmiş Ştatları İranın dinc nüvə obyektlərinə hücum edərək BMT Nizamnaməsini, beynəlxalq hüquq normalarını və Nüvə Silahlarının Yayılmaması Müqaviləsini kobud şəkildə pozub. Bu səhər baş vermiş hadisələr dəhşətlidir və şübhəsiz ki, uzunmüddətli nəticələrə səbəb olacaq”.
XİN başçısı bildirib ki, İran suverenliyini və milli maraqlarını qorumaq üçün gərəkli addımlar atacaq.
ABŞ mediası isə yazır ki, Ameriika İranın əsas nüvə obyektlərini məhv etməklə onun gələcəkdə nüvə silahı əldə etməkcəhdini "dəfn edib":
"Amerika ordusu bu hücumu B=2 gözəgörünməz təyyarələr və sualtı qayıqlardan atılan təxminən 30 “Tomahawk” raketi ilə həll edib. Fordo yeraltı gizli nüvə mərkəzinə isə B-2 görünməz bombardmançı təyyarələrindən altı bunker əleyhinə bombalar atılıb".
Samir MUSAYEV
MİA.AZ
General-mayor təqaüdə göndərilib
3036 sənəd verdi, 941 nəfər növbəti mərhələyə buraxıldı - Məktəb direktoru postu uğrunda "döyüş" başlayır
Prezident İlham Əliyev Tərtər və Ağdərəyə səfər edib - Açılışlar olub (FOTOLAR, Yenilənib)
Bakıda 27 yaşlı şəxs 22 kq narkotiklə saxlanılıb
İranda aksiyalarda ölənlərin sayı 2 mindən çoxdur - Tehran rejimi elə iddialar irəli sürür ki...
“Rufo Gəncinski” saxlanılıb
Ukraynanın müdafiə naziri vəzifədən azad edilib
IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub
“Birmarket”ə direktor təyin edilib
İSTANBULDA PROKUROR QADIN HAKİMİ GÜLLƏLƏDİ - İclas salonunda
Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib - Rəqəmlər
Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Bu qədər...
"Səbail" komandaya yeni oyunçu cəlb edib
Təhdid imperiyası: Moskva niyə hamını hədələyir? - TƏHLİL
Türkiyədə növbəti şok həbslər: məşhur aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu... - Onlar narkotiklə tutuldu
Sabah Bakıda sulu qar yağacaq
Şagirdlərin elektron yerdəyişməsi yekunlaşır
İngiltərə kuboku: "Hull City" "Çelsi"yə rəqib oldu
Biznesmenin oğlu saxlanıldı - Şok ittihamla
Azərbaycan nefti cüzi bahalaşdı
Rektor özünə müşavir təyin etdi
Rusiya Təhlükəsizlik Şurası: "Tramp tələsməsə, Qrenlandiya referendumla Rusiyaya qatıla bilər"
Prokurorluq orqanlarında yeni qəbul edilən işçilər and içiblər
Biləsuvarda zəlzələ olub
Vaqif Allahverdiyevə ittiham elan olunub
“Xalq Sığorta”, AtaSığorta... - Bu sığorta şirkətlərindən şikayətlər pik həddə çatıb + CƏDVƏL
Ev kirayə verənlərin nəzərinə: cərimə 5 dəfə artırılıb
Bakda 52 yaşlı şəxs 7 kq narkotik vasitə ilə tutulub - VİDEO
"Bakı Metropoliteni" QSC-də yoxlama: pozuntular aşkara çıxarıldı
Əhaliyə hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
Məmur olmaq istəyən 1500 nəfər imtahan verəcək - Bu tarixdə
Ali Məhkəmə müflis bankların ödəmə tapşırıqları barədə vahid qərar verdi - DETALLAR
İranda aksiyalarda ölənlərin sayı artıb - 133 polis, 505 etirazçı...
“Mənsimov işi”nin gizlinləri: Neft maqnatı və onun "media qolu" iş adamını niyə "qaralayıb"?
"İranı dərhal tərk edin" - ABŞ-dan vətəndaşlarına xəbərdarlıq
Xəzər Universitetinin nümayəndə heyəti Ankaraya işgüzar səfər edib - Çoxsaylı görüş və razılaşmalar olub (FOTOLAR)
Ağ Ev sözçüsü İrana hücum planının masada olduğunu deyir: "Bunu Tehran rejimindən yaxşı da heç kim bilmir"
Qəzza zolağında gərginlik - Üç fələstinli həlak olub
Somali BƏƏ ilə bütün dplomatik əlaqələri kəsdi - Təhlükəsizlik və müdafiə üzrə sazişlər ləğv edildi
ABŞ Tehran rejimini sıxır - İranla ticarəti olan ölkələrə əlavə tarif tətbiq olunacaq
İspaniya XİN başçısı: "NATO lazım gələrsə, Qrenlandiyanın təhlükəsizliyini gücləndirə bilər"
İranın Rəşt bazarında 300-dən çox mağaza yandırılıb - Ölkədə 53 məscidə də od vurulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: saxlanılanlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR