“Kəmər və Yol” Təşəbbüsü... - İlham Əliyev Çinlə Əməkdaşlıq Planını təsdiqləyib

img

20-06-2025 [13:50]


Prezident İlham Əliyev “Azərbaycan ilə Çin arasında “Kəmər və Yol” Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı”nı təsdiq edib.

Mia.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti Fərman imzalayıb.

Bu Fərman qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi Əməkdaşlıq Planının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA