Ermənistan vətəndaşlarının məhkəməsində prokurorlar ittiham çıxışına başlayıb
03-11-2025 [14:53]
Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduqları cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Mia.az xəbər verir ki, məhkəmədə ittiham çıxışı üçün dövlət ittihamını müdafiə edən prokurorlara söz verilib.
Baş Prokurorun böyük köməkçisi Vüsal Əliyev bildirib ki, bir ilə yaxın müddət ərzində 100-ə yaxın məhkəmə iclası keçirilib. 500 saatdan artıq müddət ərzində sənədlər və sübutlar tədqiq olunub. Dövlət ittihamını müdafiə edən prokuror daha sonra deyib: "Təqsirləndirilən şəxslər, zərərçəkmişlər və şahidlər dindirilib. İbtidai istintaq zamanı toplanmış, həmçinin müdafiə tərəfinin təqdim etdiyi sübutlar məhkəmə iclaslarında bir-bir nəzərdən keçirilib. İttiham tərəfi olaraq hesab edirik ki, hazırkı proses üzrə təqsirləndirilən şəxslərin 1988-ci ildən etibarən törədilmiş çoxsaylı cinayət əməllərinə görə təqsirləri təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapıb".
Qeyd edilib ki, çıxışda təqsirləndirilən şəxslərə verilmiş ittihamlar bir daha nəzərdən keçiriləcək.
Ermənistan dövləti və onun formalaşdırdığı cinayətkar birlik tərəfindən törədilmiş cinayətlər, həmin cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin rolunu təsdiqləyən sübutlar yenidən təhlil edilərək qiymətləndiriləcək.
Dövlət ittihamını müdafiə edən prokuror bildirib ki, hazırkı məhkəmə qarşısında duran təqsirləndirilən şəxslər qeyd edilən çoxsaylı cinayətlərin törədilməsində rol sahibi olan şəxslərin yalnız bir qismidir.
Diqqətə çatdırılıb ki, ümumilikdə təqsirləndirilən şəxslər şərti olaraq 15 fəslə bölünmüş, Ermənistan dövləti və onun formalaşdırdığı cinayətkar birlik tərəfindən 1988-ci ildən etibarən 2023-cü il sentyabrın 20-dək olan müddət ərzində törədilmiş cinayətlərdə onların fəaliyyətini əhatə edən dövrlərə müvafiq şəkildə bilavasitə və ya dolayı yolla iştirak etməkdə ittiham olunurlar.
V.Əliyev ittiham çıxışının 6 hissədən ibarət olduğunu bildirib.
Əvvəlcə Azərbaycan Respublikasının suveren ərazilərinin işğalını ehtiva edən cinayətkar niyyətin yaranmasını və cinayətkar birliyin ilkin mərhələdə formalaşdırılmasını təsdiqləyən sübutlar elan edilib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir(Report).
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?