Tanınmış həkimə 58 min dollar "atıblar"
KRİMİNAL
11.06.2025, 16:11
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq əməlində təqsirləndirilən 1998-ci il təvəllüdlü Şəxsət Səfərova hökm oxunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayət işi üzrə tanınmış həkim-uroloq Elza Binnətova zərərçəkmiş şəxs qismində tanınıb.
Bildirilib ki, paytaxtın Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən plazada fəaliyyət göstərən cagdas.edu.az saytının və xaricdə ali təhsil agentliyinin rəhbərlərindən olan Şəxsət özünü İstanbul Cərrahpaşa Universitetinin Orta Asiya və Qafqaz üzrə nümayəndəsi kimi təqdim edib. O, E.Binnətovaya övladını həmin universitetə qəbul etdirəcəyi vədi verərək 58 min dollar (98 600 manat) alıb. Lakin bir müddət sonra Şəxsət vədini yerinə yetirə bilməyib. E.Binnətova pulları geri tələb etsə də, o, aldığı vəsaiti qaytarmayıb. Həmçinin həkimin övladı Bakıda digər universitetə imtahan verərək qəbul olub.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra Şəxsət barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli iqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb.
O, ifadəsində aldığı pulun 40 min dollarını Türkiyəyə göndərdiyini, 8 min dollarını Fatih adlı şəxsə verdiyini, 10 minini isə özünə götürdüyünü deyib: “5 ildir bu işlə məşğulam. İlk dəfədir ki, problemlə qarşılaşıram. Mənim Elza xanımı aldatmaq niyyətim olmayıb. Qarşı tərəflə İstanbul Cerrahpaşa Universitetində övladlarını tibb fakültəsinə qəbul etdirmək barədə razılaşmışdıq. Türkiyədə uşaqları instituta düzəltməklə məşğul olan şəxslərlə üç ildir ki, işləyirdim. Lakin sonuncu dəfə pulu alıb işi düzəltmədilər. Həmin şəxslər iki-üç aya problemi həll edəcəklərini demişdilər, lakin həll edə bilmədilər. Mən pulun qaytarılmasını tələb etmişdim, lakin həmin şəxslər qaytara bilmədilər”.
E.Binnətova isə ifadəsində instaqram sosial şəbəkəsində İstanbul Cərrahpaşa Universitetinə qəbulla bağlı “Çağdaş Eğitim” şirkətinin elanını gördüyünü və onlarla əlaqə saxladığını, lakin qarşı tərəfin onu aldadaraq külli miqdarda pul aldığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsə 5 il azadlıqdan məhrumetmə cəzası verib. Lakin cəza şərti hesab edilib və Şəxsət həbsdən azadlığa buraxılıb. Qeyd edilib ki, təqsirləndirilən tərəf zərərçəkmişə vurduğu ziyanın böyük hissəsini ödəyib və 18 min dollarlıq hissə qalıb. Məhkəmə həmin pulun da tutularaq qarşı tərəfə verilməsi barəsində qərar çıxarıb. Mənəvi zərərlə bağlı 5 min manatlıq mülki iddia isə baxılmamış saxlanılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
DÇ-2026: Dünya Türkiyə yığmasının yola salınma səhnəsindən yazır – FOTO
Bugün, 00:21 İDMAN
-
"Başım xarabdır, amma qanım xarab deyil" - Müğənni oxuduğu dueti "Youtube"dan sildirdi
Bugün, 00:12 ŞOU-BİZNES
-
Röya Ayxan: "Deyəsən, indiki uşaqlar çox gec evlənmək istəyir"
Bugün, 00:10 ŞOU-BİZNES
-
Özgür Özel mətbuat katibinin bığına “ilişdi”: “O iyrənc bığlı...”
Bugün, 00:04 SİYASƏT
-
ABŞ prezidenti süni intellektlə bağlı fərman imzalayıb
Bugün, 00:01 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
Hikmət Hacıyev İran səfiri ilə müzakirə aparıb - Açıqlama
02.06.2026, 23:40 SİYASƏT
-
Ərdoğan Paşinyanla telefonda danışdı – Nələr müzakirə olunub?
02.06.2026, 23:13 SİYASƏT
-
HƏMAS Qəzzada idarəetməni təhvil verir - Bəyanat
02.06.2026, 23:05 DÜNYA
-
İstanbulda amerikalı turistdən artıq pul alan taksi sürücüsü həbs edildi
02.06.2026, 23:00 KRİMİNAL
-
ABŞ-ın Azərbaycana göndərməyə hazırlaşdığı yeni səfir və gözləntilər... - TƏHLİL
02.06.2026, 20:17 SİYASƏT
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Onlar Bakıda yenə hakim qarşısında + FOTOLAR
02.06.2026, 20:00 GÜNDƏM
-
Pensiyaçılar üçün endirim barkodu artıq mygov mobil tətbiqindədir!
02.06.2026, 19:37 İQTİSADİYYAT
-
İRAN GERİ ADDIM ATDI: nüvə ehtiyatı ABŞ-a veriləcək? – Dövlət katibindən mühüm açıqlama
02.06.2026, 19:05 GÜNDƏM
-
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı azalıb - Hesabat
02.06.2026, 18:50 İQTİSADİYYAT
-
Dövlət katibinin köməkçisi: "ABŞ Azərbaycanın enerji infrastrukturunda daha böyük rol oynamaq istəyir"
02.06.2026, 18:21 İQTİSADİYYAT
-
"Burada nə ədəbsizlik var?" - Tacir Şahmalıoğlu
02.06.2026, 18:05 ŞOU-BİZNES
-
Onlara bu qədər müavinət ödəniləcək - Yeni qanun
02.06.2026, 17:47 İQTİSADİYYAT
-
Xameneinin dəfninə hazırlıq gedir
02.06.2026, 17:40 GÜNDƏM
-
Dövlət Reklam Agentliyində təyinat - Yeni sədr müavini haqda maraqlı məlumatlar yayıldı
02.06.2026, 17:13 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
02.06.2026, 17:00 İQTİSADİYYAT
-
"Dövlət qulluğu haqqında" qanuna dəyişiklik olacaq - Naxçıvanla bağlı
02.06.2026, 16:50 GÜNDƏM
-
ABŞ dövlət katibinin köməkçisi Bakıda Şəhidlər xiyabanıda - FOTO
02.06.2026, 16:33 GÜNDƏM
-
DEPUTATLAR TOPLANIR: 8 məsələ müzakirəyə çıxarılacaq - SİYAHI
02.06.2026, 16:25 GÜNDƏM
-
Ceyhun Bayramov Özbəkistan XİN başçısı ilə müzakirə aparıb
02.06.2026, 16:20 SİYASƏT
-
Tramp Ankaraya gəlir – XİN başçısı açıqladı
02.06.2026, 16:10 GÜNDƏM
-
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi
02.06.2026, 16:02 CƏMİYYƏT
-
Gündüz Ağayev baş həkimlikdən imtina etdi
02.06.2026, 15:49 CƏMİYYƏT
-
IV Milli Kibertəhlükəsizlik Forumu "Azercell"in dəstəyi ilə keçiriləcək
02.06.2026, 15:47 CƏMİYYƏT
-
Kamal Kılıçdaroğlu sualdan qaçdı
02.06.2026, 15:32 SİYASƏT
-
"Araz-Naxçıvan" klubu 10 futbolçu ilə vidalaşıb
02.06.2026, 15:19 İDMAN
-
Müəllimlərin işə qəbulu üzrə müsabiqəsi başlayır
02.06.2026, 15:10 CƏMİYYƏT
-
İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynov... - O, kimdir ? + FOTOLAR
02.06.2026, 14:57 CƏMİYYƏT
-
Rövşən Rüstəmov: "BTQ alternativ marşrut deyil"
02.06.2026, 14:49 İQTİSADİYYAT