Direktor: "Regionlarda yerli istehsal gücləndirilməli və yeni ticarət obyektləri yaradılmalıdır"
10-06-2025 [09:40]
Təbriz Vəfalı: “Ticarət obyektlərinin çoxluğu rəqabət hissini gücləndirəcək, bolluq və ucuzluq yaradacaq”
Məlum olduğu kimi, hər bir dövlətin iqtisadi qüdrətinin bariz nümunələrindən biri də ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Azərbaycan öz iqtisadi qüdrətinə görə dünyanın sayılıb-seçilən ölkələrindən biri kimi ərzaq təhlükəsizliyi məsələsini daim diqqətdə saxlayır. Hətta bununla bağlı “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” qəbul olunub.
Uzun illərdir ki, respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması üçün həm yerli, həm də xarici ölkələrdə istehsal olunan qida və ərzaq məhsullarına olan ehtiyac və tələbat müəyyən qədər ödənilir. Bu baxımdan, Azərbaycanda sahibkarlığın inkişafına xüsusi önəm verilir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə kifayət qədər genişçeşidli məhsul istehsalı ilə məşğul olan dövlət və özəl sahibkarlıq obyektləri fəaliyyət göstərir.
Azərbaycan İnformasiya Mərkəzinin direktoru, tanınmış tədqiqatçı-jurnalist Təbriz Vəfalı MİA.az-a bildirir ki, ərzaq təhlükəsizliyi dedikdə, həm insanın sağlam və məhsuldar həyat tərzi, həm də ərzaqla təmin edilməsi nəzərdə tutulur.
"Şübhəsiz ki, ərzaq təhlükəsizliyinin təmin olunmasında yerli qida məhsulları ilə bərabər xarici ölkələrdən idxal edilmiş məhsullar da mühüm rol oynayır", - deyən Təbriz Vəfalının sözlərinə görə, şəbəkə marketlərində əhalinin ərzaqla təmin olunması daim diqqət mərkəzində saxlanılır:
“Bu məsələ dövlət səviyyəsində həmişə önə çıxarılır. Təbii ki, ərzaqla təminedilmə məsələsi dedikdə, burada bir neçə amili nəzərə almaq lazımdır. Birinci mərhələdə, məhsulların keyfiyyətinə üstünlük verilməlidir. Çünki əhalinin sağlamlığının qorunması üçün keyfiyyət məsələsi hər şeydən öndədir. Zəruri şərtlərdən biri də ərzaq təhlükəsizliyinin təminatı məsələsində monopoliyaya yol verilməsinin qarşısının alınmasıdır. Məsələn, kəndlərdə, qəsəbələrdə və digər yaşayış massivlərində bir və ya iki ticarət obyekti fəaliyyət göstərir. Bu da əhalinin tam tələbatının ödənilməsində müəyyən problemlər yaradır. Hətta iri marketlərdə satılan eyni məhsul qeyd etdiyimiz yaşayış məkanlarında fəaliyyət göstərən mağazalarda baha qiymətə satılır. Səbəb isə ticarət obyektlərinin azlığı və rəqabətin olmaması ilə bağlıdır. Elə məkanlar var ki, orada cəmisi bir supermarket və ya mağaza fəaliyyət göstərir. Axşam saat 21.00-22.00-da bağlanan bu ticarət obyektindən gecələr istifadə etmək qeyri-mümkündür. Ona görə də, küləkli, yağışlı, qarlı və şaxtalı havalarda xeyli uzaqlıqda yerləşən marketlərə getmək yerli sakinlər üçün də ciddi problemdir. Bundan əlavə, xırda mağazalarda bəzi məhsulların olmaması, eyni məhsulun bütün çeşidlərinin təqdim edilməməsi müştəri məmnunluğunun təmin olunmasına öz mənfi təsirini göstərir”.
Tədqiqatçı-jurnalist vurğulayır ki, ticarət obyektlərinin çoxluğu həm bolluğun, həm də ucuzluğun olmasına şərait yaradacaq. Həmçinin marketlərin sayının çoxluğu rəqabət hissini gücləndirəcək və daha çox müştəri cəlb etmək üçün müxtəlif kampaniyaların həyata keçirilməsi mümkün olacaq: “Əgər bizim ərazidə istənilən qida məhsulu bir marketdə 2 manata satılırsa, həmin yerdə bir neçə marketin açılması nəticəsində rəqabəti gücləndirmək baxımından sözügedən məhsul 2 manatdan ucuz olacaq. Şübhəsiz ki, qiymət endirimi, endirim kampaniyalarının həyata keçirilməsi istər aztəminatlı ailələrin, istərsə də imkanlı şəxslərin maraqlarını təmin edəcək. Bu isə ərzaq təhlükəsizliyinin ən yüksək səviyyədə təminatına gətirib çıxaracaq”.
Mərkəz rəhbəri qeyd edir ki, bolluğun və keyfiyyətli məhsul bazarının təşkili bütün ticarət obyektləri üçün əsas stimul olmalıdır. Bu stimul müştəri məmnunluğunun səviyyəsinin yüksəldilməsi ilə yanaşı, marketlərin daha çox gəlir əldə etməsinə imkan yaradır: “Dövlət rəhbərliyinin qoyduğu tələblərə uyğun olaraq, Azərbaycanda müştəri məmnunluğunun təminatı həmişə diqqətə alınmalı, bununla da ərzaq qıtlığının qarşısının davamlı alınması yönümündə çoxsaylı tədbirlər davamlı reallaşdırılmalıdır. Məsələn, bunun üçün sosioloji sorğular keçirtmək, müştərilərin arzu, istək və iradlarını öyrənmək, problemlərin həlli yollarını arayıb tapmaq və onları çözmək hər bir ticarət obyekti qarşısında dövlət əhəmiyyətli vəzifə olmalıdır”.
Təbriz Vəfalı hesab edir ki, respublikamızın bütün bölgələrində yerli istehsalın gücləndirilməsi ilə yanaşı, yeni ticarət obyektlərinin yaradılması regionlarda xoş güzəranın, firavanlığın, bolluğun və rahatlığın birbasa təminatçısı olacaq: “Ümidvaram ki, Azərbaycan istər ərzaq təhlükəsizliyinin təminatı, istərsə də müştəri məmnunluğunun təmin olunması baxımından dünyanın ən öncül dövlətlərindən biri olaraq tarixə öz adını qızıl hərflərlə yazdıracaq”.
Samir
MİA.AZ
Ferdi Kadıoğlu evlənib - FOTO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sumqayıtda azyaşlıların "razborkası": 16 yaşlı yeniyetmə bıçaqlandı
Ərəblər daha bir məşhur məşqçi ilə anlaşdı
PSJ məhkəmədə uduzdu - Mbappeyə 61 milyon avro təzminat ödənləcək
"Ayaks" yapon müdafiəçi ilə anlaşdı
Balakəndə ağır qəza: ölən və xəsarət alanlar var
İsrail İordan çayının Qərb Sahilində 531 hektar torpağı ələ keçirib
Milyonlarla izləyicisi olan tiktoker canına qıyıb - Səbəb gizlədilir
Şagirdlərin fərdi inkişaf trayektoriyası real vaxtda necə formalaşır? - Vahid Tağıyev yazır
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Qəzza yenidən bombalanıb: ölənər var
Ərdoğan iki ölkəyə xəbərdarlıq etdi: "Qara dənizdə Türk gəmilərinin vurulması...." - Türkiyə lideri Ermənistanla əlaqədən də söz açdı
Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ərdoğanın silahdaşı aparıcılar haqda elə iddia irəli sürdü ki... - "Onlardan daha betəri var, əgər cinayət işi açılmazsa..."
Mürvət Həsənli İctimai Şuranın sədri oldu - KTN-də...
"Evdən iş" forması - Yeni qanun parlamentdə ilk oxunuşdan keçdi
Nərimanovda dərəbəylikdir - Şirkət sakinlərin istilik, elektrik və qaz xətlərini kəsib
Hakan Fidan ABŞ səfiri ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Volkan Dəmirəl istefaya göndərildi - Yeni təyinat oldu
General-mayor vəzifəsindən azad olunub
Mərc oyunları reklamı qadağan olunacaq - Türkiyədə
Prezident İlham Əliyev amnistiya elan edib - Nə qədər məhkum azad olunacaq? (YENİLƏNİB)
Azərbaycan və Türkiyə arasında yeni anlaşma: nələr olacaq? - TƏHLİL
Cəmil Həsənli növbəti dəfə istintaqa çağırıldı
Xətaidə pirotexniki vasitə satan şəxs saxlanıldı
Deputatlar bu tarixdə toplanacaq
"Fənərbağşa"dan ayrılan məşhur hücumçu yeni kluba keçir
Qənimət Zahidə ittiham aktı elan olunub - Məhkəmə prosesi
Deputat: "Ət ala bilməyən minlərlə ailə var, şadlıq evlərində isə tonlara kabab zibilə atılır"
Vergi Məcəlləsinə dəyişiklik olunub - DETALLAR
Bu xidmətlərdən dövlət rüsumu tutulmayacaq - Yeni qanun
Xocalının daha iki kəndinə köç olub
Sabah yağış yağacaq
Tramp BBC-dən 5 milyard dollar tələb edir - Məhkəmə qəlmaqalı
İrandan Azərbaycana 31 kq narkotik keçirənlər saxlanılıb
Generalın yerinə polkovnik təyin olunacaq? - Yeni iddia yayıldı