Yadplanetlilərə meydan oxuyan media əhlimiz… - Təbriz VƏFALI YAZIR
10-06-2025 [00:11]
Təbriz VƏFALI,
Azərbaycan İnformasiya Mərkəzinin direktoru
***
Son illərdə Azərbaycan mediası özünəməxsus dəsti-xətti və yaydığı informasiyaları ilə digər ölkələrin mətbuat orqanlarından kəskin şəkildə fərqlənərək dünya ictimaiyyətini heyrətə salıb.
Əksər media nümayəndələrimiz isə nümayiş etdirdikləri mövqe, etik və peşə davranışları, həmçinin yoxdan var yaratmaları ilə əcnəbi jurnalistlərə örnək olmaqla bərabər onları çaya susuz aparıb susuz gətirməyi məharətlə bacarırlar. Çünki əksər saytlarımızın və internet portallarımızın hazırladığı xəbərlərin analoqunu xarici KİV-lər və onların əməkdaşları ömürləri boyunca hazırlaya bilməzlər. Ona görə ki, bu, böyük risk deməkdir və bunun üçün bacarıq, qabiliyyət və cəsarət tələb olunur.
Məsələn, bizim media əhlindən fərqli olaraq əcnəbi jurnalistlərin ucqar kəndin bələdiyyə sədrinin müavinin qayınanasının rəhmətə getməsi ilə bağlı manşetlik xəbər hazırlamağa və yaymağa hünərləri çatmaz. Yaxud, xarici KİV-lərdə bizim şir ürəyi yemiş jurnalistlərdəki operativlik, prinsipiallıq və peşəkarlıq yoxdur ki, tanınmış müğənninin hamamda çılpaq çimməsi və ya məşhur modelin qırmızı rəngdə alt paltarı geyinməsi barədə xəbər yayımlasın. Əcnəbi jurnalistlərdə bizimkilərdəki qorxmazlıq hardadır ki götürüb yazsınlar, filan psixoloq əriylə yataqda fantaziya yaşamaq üçün paltarlarını soyunaraq lüt-üryan, anadangəlmə olur. Yaxud, tanınmış aktrisa siqareti çəkib kötüyünü yerə atdı, filan müğənninin qarnı şişib, hamilədir, məşhur filankəs tezliklə uşaq doğacaq və sair və ilaxır.
Bizimkilərə baxmayın, ey. Xarici KİV-lərin əməkdaşları reklam mətnlərinin, dövlət və özəl qurumların göndərdikləri press-relizlərin altına imza qoya bilməzlər. Onlar bizim jurnalistlərimiz kimi cəsarətli addımlar ata bilmirlər, axı.
Əcnəbi jurnalistlərdə hardadır bizimkilərdəki fərasət ki, rus, türk və ingilis dillərindən materialları internet tərcümə proqramı vasitəsilə tərcümə edərək onları özlərinin beyin məhsulu və özəl xəbər kimi ictimaiyyətə sırısınlar.
Xarici media əhli bizimkilər kimi fəhmli, fərasətli deyillər, ey, əfəldirlər, avamdırlar. Çünki onar bizim əksər jurnalistlərimiz kimi özlərini tədbirlərə zorla soxuşdurmağı, həmçinin yeyib-içmək məclislərinə dəvət almaq, eləcə də bölgələrə təşkil olunan səfərlərə qatılmaq üçün ölüm-dirim savaşı, amansız mübarizə aparmağı bacarmırlar. Dünyadan bixəbər əcnəbi jurnalistlər bizim media əhlimiz kimi fəxri ad, medal, mükafat almaq üçün min dərədən su gətirməyi hardan biləcəklər, axı?!
Əlqərəz, inanıram ki, dağı-daşı dələn cümlələrin yazıldığı qılıncdan kəsərli qələmləri ilə hətta yadplanetlilərə belə meydan oxuyan media əhlimizin dünya şöhrəti artdıqca, beynəlxalq aləmdə söz sahibi, qələm sahibi, özəl xəbər sahibi kimi qüdrətləndikcə, gücləndikcə hazırda dünyanın ən məşhur 10 xəbər kanalı sırasında yer alan Böyük Britaniyanın “BBC News”un və “Sky News”un, ABŞ-ın “FOX News”un, “CNN”in və “MSNBC”in, Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə”nin, Qətərin “Əl-Cəzirə”nin, Fransanın “Auro News”un, Hindistanın “BAT İndia”nın və Pakistanın “Geographical News”un əməkdaşlarının Azərbaycanın media təcrübəsini öyrənməyə hava, su və çörək qədər ehtiyacları yaranacaq.
Sonra demədi, deməyin...
MİA.AZ
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi