Xaçmazda iki il əvvəl qadını öldürən taksi sürücüsü tutulub

img

02-06-2025 [12:47]


Xaçmazda iki il əvvəl görmə qabiliyyəti məhdud olan qadını öldürən taksi sürücüsü tutulub.

Mia.az xəbər verir ki, ötən gün Xaçmaz rayonunda 2 il öncə baş verən cinayətin üstü açılıb. 

Məlumata görə, 2023-cü ilin iyul ayında Xaçmaz rayon sakini, gözdən əlil 59 yaşlı Gülxar Cahangirovanın rayonun Xaspolad-oba kənd sakini Rəhmətov Xəqani Vahid oğlu tərəfindən öldürülərək Xaspoladoba kəndi yaxınlığında meşədə başdırıldığı müəyyənləşib.

Hadisəni törədən taksi sürücüsü X.Rəhmətov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 03.06.2025

Sabah yağış yağacaq