İranda zəlzələ olub - 5,1 bal gücündə

İranda zəlzələ olub - 5,1 bal gücündə 

DÜNYA

29.05.2025, 08:48

İranın cənub-şərqindəki Kirman əyalətində zəlzələ baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran Milli Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, episentri Jirovt rayonunun Boluk qəsəbəsinə düşən 5,1 bal gücündə zəlzələ yerli vaxtla saat 01:00-da qeydə alınıb.

Zəlzələnin 8 kilometr dərinlikdə olub.

İranın rəsmi xəbər agentliyi İRNA yazıb ki, hələlik heç bir dağıntı və ölüm faktı haqda məlumat gəlməyib.

Tahir Şəlvəli
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR