3 qardaşa qarşı Hindistan-İran-Ermənistan ittifaqı - Zəngəzur dəhlizi niyə hədəf alınır? (TƏHLİL)
SİYASƏT
28.05.2025, 21:30
“Türkiyə, Pakistan, Azərbaycan. Bu ölkələr Zəngəzur dəhlizindən çox narahatdır. Zəngəzur dəhlizi bir neçə ölkəyə təsir edə biləcək strateji regiondur. Ekspertlər bildirirlər ki, Hindistan burada Ermənistanı dəstəkləməklə Türkiyə, Azərbaycan və Pakistanın işini çətinləşdirə bilər”.
Hindistanın nüfuzlu media orqanlarından olan “india.com” saytı belə yazır. Gördüyünüz kimi, Türkiyə və Pakistan liderlərinin Azərbaycana səfəri Hindistan tərəfindən xüsusi maraqla izlənilir.
Sayt yazır: “Pakistanın Baş naziri Şehbaz Şərif çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb və Hindistana qarşı Pakistanı dəstəklədiyinə görə ona təşəkkür edib. Bu görüş Azərbaycanın paytaxtı Bakıda (əslində Laçında) baş tutub. Şərifin səfəri əsasən minnətdarlığını bildirmək məqsədi daşıyırdı, çünki Hindistanın “Sindoor əməliyyatı” adlı antiterror kampaniyası zamanı Türkiyə və Çin Pakistanın yanında yer aldıqdan dərhal sonra Azərbaycan da Pakistana açıq dəstək vermişdi”.
Məqalənin bu hissəsinə Azərbaycanın müvafiq orqanları diqqət yetirməlidir: “Bu arada isə Hindistanda mühüm, lakin daha az diqqət çəkən bir hadisə baş verdi. Keçən həftə Ermənistan Təhlükəsizlik Şurasının katibi sakitcə Dehlidə olub və Hindistanın milli təhlükəsizlik müşaviri Ajit Doval ilə görüşüb. Onların danışıqlarında “Sindoor əməliyyatı”ilə bağlı müzakirələr olub, lakin səfər zamanı başqa bir əsas narahatlıq var idi, o, Zəngəzur dəhlizi idi”.
Məqalədə birmənalı şəkildə deyilir ki, Pakistan və Türkiyə Ermənistanla münaqişəsində Azərbaycanı açıq şəkildə dəstəkləyir, Hindistan isə həmişə Ermənistanın yanındadır.
Hindistan və Pakistan arasında gərginlik dövründə İran (Səudiyyə Ərəbistanından sonra) sülhməramlı rolunda çıxış etməyə çalışıb. İranın xarici işlər naziri “Sindoor əməliyyatı” zamanı Dehlidə də olub.
Məqalədə deyilir: “Analitiklər hesab edirlər ki, Hindistan, İran və Ermənistan üçün daha sıx əməkdaşlıq etmək üçün doğru zamandır.
Hindistan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanı qəti şəkildə dəstəkləsə, Azərbaycanın qurudan Avropaya çıxışını əngəlləyə və Türkiyə-Azərbaycan-Pakistan müttəfiqliyinə böyük zərbə vura bilər”.
Məqalədə qeyd olunur ki, Zəngəzur dəhlizindəki avtomobil və dəmir yolu Ermənistanın Sünik vilayətindən keçməlidir. Bu, Ermənistanı İranla birləşdirən yeganə quru yolu kəsəcək. Deməli, dəhlizin tikintisinin böyük strateji nəticələri olacaq.
Əgər dəhlizin çəkilişi baş tutsa, bu marşrut həm də Azərbaycan və Türkiyəyə bir-birinə birbaşa qurudan çıxış imkanı verəcək - hal-hazırda bu ölkələrin belə bir imkanı yoxdur. Ona görə də Türkiyə bu layihəni tam dəstəkləyir.
Sirr deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uzun müddətdir ki, Türk və İslam bölgələrini qurudan yenidən birləşdirməyi xəyal edir və bu dəhliz onun baxışlarına tam uyğun gəlir. Bir çox ekspertlər hesab edir ki, cənab Ərdoğan Zəngəzur dəhlizini Türkiyənin Asiyadakı təsirini bərpa etmək məqsədinin bir hissəsi kimi görür...
Məqalənin müəllifi Analiza Pathak axırda yazır ki, Zəngəzur dəhlizi təkcə Ermənistanla Azərbaycan arasında lokal məsələ deyil. Bu dəhliz regional güc balanslarını dəyişmək gücündədir:
1) Ermənistanın cənub bölgəsinə nəzarətini zəiflədə bilər.
2) Ermənistanın əsas müttəfiqlərindən biri olan İrana girişinin qarşısını kəsə bilər.
3) Türkiyə-Azərbaycan müttəfiqliyini və onların regiondakı daha geniş planlarını gücləndirəcək.
Bir sözlə, Zəngəzur dəhlizi təkcə nəqliyyatla bağlı deyil, dünyanın çox həssas yerində geosiyasi nəzarət, təsir və gələcək ittifaqları formalaşdıra bilər...
Elbəyi Həsənli. Sürix
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev və Şahbaz Şərif arasında telefonda danışdı - Nələr müzakirə edilib?
Bugün, 19:14 GÜNDƏM
-
“Qalatasaray”la İkardi arasında danışıqlar başlayıb – Şərtlər açıqlandı
Bugün, 19:09 İDMAN
-
CHP-dən istefa verən bələdiyyə sədri AK Partiyaya qatıldı
Bugün, 18:45 SİYASƏT
-
Rumıniya senatında Heydər Əliyevə həsr olunan konfrans... - Çıxış + FOTOLAR
Bugün, 18:27 SİYASƏT
-
3 nazir istefa verdi, 89 deputat çağırış elədi – Baş nazir “getməyəcəyəm” deyir
Bugün, 18:16 SİYASƏT
-
Azərbaycan və Yunanıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Bugün, 18:05 SİYASƏT
-
Ərdoğan Qazaxıstana gedir
Bugün, 17:54 GÜNDƏM
-
Vilayət Eyvazov DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirdi - VİDEO
Bugün, 17:41 İDMAN
-
Vüqar Rəhimzadə: "Azərbaycanın bugünkü uğurları ədalətin təntənəsidir"
Bugün, 17:34 SİYASƏT
-
Departament rəhbərinin yeznəsiylə icra başçısının tender sövdələşməsi...
Bugün, 17:28 İQTİSADİYYAT
-
Əli Əsədov yeni qərar imzalayıb
Bugün, 17:20 İQTİSADİYYAT
-
Taylandda yarasalarda yeni Koronavirus növü aşkarlandı
Bugün, 17:13 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Cəbrayılda siqaret istehsal ediləcək
Bugün, 16:49 İQTİSADİYYAT
-
Polkovnik Rasim İldırım icra başçısı olmaq istəyən zərərçəkənə daha 150 min geri vermək istəyir - Məhkəmə qalmaqalı
Bugün, 16:32 KRİMİNAL
-
Qaz təchizatı müayinəsinin yeni forması müəyyənləşib
Bugün, 16:16 İQTİSADİYYAT
-
Dövlət Agentliyində yeni təyinat olub
Bugün, 16:03 CƏMİYYƏT
-
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə əlavə səlahiyyət verildi
Bugün, 15:56 İQTİSADİYYAT
-
"Real Madrid": “Arda Gülər satılmayacaq”
Bugün, 15:40 İDMAN
-
Mehdi Cavadov müşavir vəzifəsindən azad olunub
Bugün, 15:36 CƏMİYYƏT
-
İlham Əliyev WUF13 ilə bağlı görülən işlərlə tanış oldu - FOTOLAR
Bugün, 15:26 GÜNDƏM
-
Nazirlik: "Azərbaycanda epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur"
Bugün, 15:19 CƏMİYYƏT
-
Azərbaycan hərbçiləri "EFES - 2026" çoxmillətli təliminə qatılıb - VİDEO
Bugün, 15:14 GÜNDƏM
-
Rəsmi Tehran: “Əllərimiz tətikdədir, amma…”
Bugün, 15:04 GÜNDƏM
-
Pezeşkian: “Bizim iqtisadiyyatımızı məhv etmək isrəyirlər”
Bugün, 14:53 DÜNYA
-
AZCON Holding-də təyinat olub
Bugün, 14:36 İQTİSADİYYAT
-
Azərbaycanlı sosial media fenomeninin adı dünya məşhurları ilə bir arada - DETALLAR + FOTO
Bugün, 14:36 PRESS
-
TRAMP GÖYDƏKİ QUŞU DRON SAYDI VƏ… - “İndi hər cürünü düzəldirlər, çox dağıdıcı olurlar" (FOTO)
Bugün, 14:22 GÜNDƏM
-
"Kontakt Home”, “Birmarket”... - Yanğın məşhur şirkətlərin anbarlarında olub + AÇIQLAMALAR (YENİLƏNİB)
Bugün, 14:15 GÜNDƏM
-
Mayın sonunda 5 gün ardıcıl iş olmayacaq
Bugün, 14:09 GÜNDƏM
-
"Deyiblər ki, "Evin böyüyü kimdir?" - Müğənni şikayət edir
Bugün, 14:09 ŞOU-BİZNES
-
İRAN ABŞ və İSRAİLİ NÜVƏ SİLAHIYLA TƏHDİD ETDİ: “Əgər bizə hücum olarsa…”
Bugün, 13:57 GÜNDƏM
-
Hərbi xidmətə çağırılan diplomatlar: onlara müavinət ödəniləcək - Detallar
Bugün, 13:53 SİYASƏT
-
ƏKİN TORPAQLARINDAKI YAŞILLIQLAR... - Yeni qanun qəbul edildi
Bugün, 13:31 İQTİSADİYYAT