AFFA bu futboçuları cəzalandırdı

AFFA bu futboçuları cəzalandırdı

İDMAN

27.05.2025, 13:04

AFFA Azərbaycanın II Liqasında çıxış edən "Araz-Saatlı"nın futbolçusunu 4, "Hypers Guba"nın üzvünü isə 5 oyunluq cəzalandırıb.

Mia.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Mayın 21-də baş tutan XXVI turun “Araz Saatlı” – “Hypers Guba” oyununun 68-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Rəsul İbrahimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Onun klubu isə 300 manat cərimələnib. "Hypers Guba"nın futbolçusu Ağabəkir Həşimli isə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibi vurduğuna görə bütün turnirlər daxil olmaqla (pley-off daxil) 5 oyunluq diskvalifikasiya edilib. Quba təmsilçisi həmçinin 300 manat ziyana düşüb. Bununla yanaşı stadionun əmlakına dəymiş zərərin “Hypers Guba” tərəfindən tərəfindən ödənilməsi ilə bağlı qərar çıxarılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR