Qəzzada daha bir məktəb və ev bombalanıb - Xeyli insan ölüb

img

26-05-2025 [11:57]


İsrail ordusu Qəzza zolağının şimalındakı Cibəliyyə əl-Bələd bölgəsindəki bir evə zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Abdurabbuh soyadlıı şəxsə məxsus ev zərbədən sonra tamam dağılıb.

Məlumata görə, mülki müdafiə işçiləri 3 mərtəəbəli evin dağıntıları altından 19 nəfərin cəsədinı çıxarıblar: "Həmin evdə bir neçə məcburi köçkün fələstinli ailə yaşayırdı..."

Məlumatda o da deyilir ki, əl-Durc məhəlləsində məcburi köçkün fələstinlilərin sığındığı Fəhmi əl-Cərcəvi məktəbi də vurulub: "Səhər saatlarında baş verənhücumda isə əksəriyyəti uşaq ən azı 25 fələstinli həlak olub".

İsrail ordusundan bildirilib ki, Fəhmi əl-Cərcəvi məktəbi HƏMAS tərəfindən istifadə olunurmuş...

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA