Bakıda beynəlxalq elmi konfrans öz içşinə başlayıb - İlham Əliyevdən müraciət (YENİLƏNİB)
26-05-2025 [09:15]
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Mia.a-ın məlumatına görə, müraciətdə deyilir:
"Hörmətli konfrans iştirakçıları,
Sizi “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda salamlayıram.
Bugünkü konfrans BMT tərəfindən “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü”nün təsis olunmasının üçüncü ildönümünə həsr olunub. Ölkəmizdə artıq ənənəvi olaraq təşkil edilən bu vacib tədbir bəşəriyyəti narahat edən islamofobiya probleminə diqqətin artırılmasına xidmət edir.
Azərbaycan islamofobiya ilə mübarizəyə dair BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnamələri alqışlayır və sənədlərdə qeyd olunan tədbirlərin təxirəsalınmaz qaydada həyata keçirilməsinə çağırış edir.
Təəssüflər olsun ki, islamofobiya son dövrdə qlobal müstəvidə daha qabarıq və sistematik xarakter almağa başlamışdır. Hazırda bu mənfi tendensiya hər hansı konkret ölkədə deyil, dünyanın bir çox yerlərində müşahidə olunur. İslama qarşı düşmənçilik, müsəlmanlara qarşı nifrət və dözümsüzlük, anti-islam əhvali-ruhiyyəsi getdikcə böyük vüsət almağa başlayır və daha da kəskinləşir.
İslamofobiya müxtəlif formalarda, o cümlədən gündəlik həyatda müsəlmanlara qarşı irqçilik və ayrı-seçkilik, nifrət nitqi, fiziki hücumlar, media və sosial media platformalarında stiqmatizasiya, institusional diskriminasiya və digər formalarda təzahür edir. Bu cür ədalətsiz və qərəzli münasibət müsəlmanların cəmiyyətə inteqrasiya olunmalarına və özlərini onun bərabərhüquqlu üzvü kimi hiss etmələrinə böyük maneə yaradır.
Vaxtilə qul ticarəti ilə məşğul olan, işğalçılıq və müstəmləkəçilik siyasəti yürüdən, soyqırımıları törədən, indi isə özlərini insan hüquqlarının keşiyində duran demokratik ölkələr qismində təqdim edən bəzi ölkələrdə bu gün islamofobiya bir növ dövlət siyasətinə çevrilmişdir. Bu ölkələrdə dünyəvi dəyərlərin müdafiəsi adı altında müsəlmanların hüquqlarını və etiqad azadlığını məhdudlaşdıran qanunlar qəbul edilir, onların təhsil almaq, mənzilə sahib olmaq, işlə təmin olunmaq və digər hüquqları tapdalanır.
Eyni zamanda, Məhəmməd Peyğəmbəri (s.ə.s) təhqir edən hərəkətlər, müqəddəs Qurani-Kərimin yandırılması, məscidlərə və ibadət yerlərinə qarşı hücumlar, müsəlman qəbiristanlıqlarının vandalizmə məruz qalması və digər hərəkətlər müsəlmanların hisslərini təhqir etməyə yönəlmiş və sayı getdikcə artan anti-müsəlman hadisələri sırasındadır. “Söz azadlığı” adı altında İslam dininə və müsəlmanlara qarşı hücumlar qəbuledilməzdir.
Məyusedici haldır ki, islamofobiya kimi ümumbəşəri bəlaya və təhlükəyə qarşı nəinki mübarizə aparılmır, hətta bir sıra ölkələrdə onun yayılması təşviq edilir. İslam dinini və müsəlmanları Qərb kimliyinə və dəyərlərinə təhdid kimi göstərərək insanların hisslərini və düşüncələrini yönəltməyə çalışan radikal cərəyanların və ifrat sağçı partiyaların pərəstişkarlarının sayı getdikcə artır, onların nümayəndələri parlamentlərdə daha çox yer qazanmağa başlayırlar. Eyni zamanda Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi təsisatlar qərəz və ikili standartlara üstünlük verərək anti-müsəlman əhvali-ruhiyyəsini təlqin edirlər.
İslamofobiyanın yayılmasına təkan verən digər faktorlardan biri də ictimai rəyin formalaşdırılmasında və müsəlmanların mənfi obrazının yaradılmasında dağıdıcı rolu olan bəzi media orqanlarının fəaliyyətidir. Bu media qurumları məqsədyönlü şəkildə ekstremizm, terrorizm və bu kimi anlayışları İslamla eyniləşdirərək dinimizə qarşı qərəzli təsəvvür yaradır, dinimizi təhlükə mənbəyi kimi aşılayır və ona terror damğası vurmağa çalışırlar. Ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında mövcud problemləri İslam və müsəlmanlarla əlaqələndirərək cəmiyyətdə etimadsızlıq və qorxu hisslərini alovlandırırlar.
Azərbaycan islamofobiya ilə üzləşmiş və bu gün də ondan əziyyət çəkən ölkələrdən biridir. Torpaqlarımızın otuz illik işğalı dövründə xalqımıza qarşı Xocalı soyqırımı törədilmiş, etnik təmizləmə aparılmış və bunun nəticəsi olaraq bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə salınmışdır. Ərazilərimizdə milyona yaxın mina basdırılmış, urbisid, kultursid və ekosid cinayətləri törədilmişdir. Ancaq, əfsuslar olsun ki, Qərbdə bəzi dairələr sırf dini təəssübkeşlik və islamofob mövqedən çıxış edərək Ermənistan tərəfindən torpaqlarımızın işğalına göz yummuş, münaqişənin əsl mahiyyətini təhrif etmiş, onu dini zəmində münaqişə kimi təqdim etməyə çalışmışlar.
İşğal dövründə bəşəri əhəmiyyətə malik çoxəsrlik tarixi-mədəni abidələrimiz, o cümlədən İslam dininə aid abidələr, ziyarətgahlar, məscidlər, türbələr, məzarlıqlar dağıdılmış, təhqir edilmiş, yerlə-yeksan edilmişdir. Bir sıra mədəni irs obyektləri qarət edilmiş, onların təyinatı dəyişdirilmiş, mənsubiyyəti saxtalaşdırılmışdır. Hazırda işğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dağıdılmış məscidlərimiz və dini abidələrimiz bərpa edilir, yeniləri inşa edilir.
Əfsuslar olsun ki, soydaşlarımızın qovulduğu və tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda da xalqımızın zəngin maddi-mənəvi irsini şüurlu və planlı şəkildə tamamilə məhv etmək və ya saxtalaşdırmaq, azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini yox etmək siyasəti aparılır.
Bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclasında İrəvan qazılığının fəaliyyətinin bərpası barədə qərarın qəbul edilməsi tarixi ədalətin təmin olunması, Qərbi Azərbaycanda yerləşən mədəni və dini-mənəvi irsimizin məhv edilməsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan vacib addımdır.
Məhdud sayda monoetnik ölkə istisna olmaqla, dünya ölkələrinin əksəriyyəti çoxmillətli və çoxkonfessiyalı cəmiyyətlərdən ibarətdir. Bunu nəzərə alaraq müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin qarşılıqlı dialoq və anlaşma şəraitində yaşaması ölkədə vətəndaş sülhü və vətəndaş həmrəyliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın bu sahədə müsbət təcrübəsi bir sıra ölkələr üçün örnək ola bilər.
İslam dünyasının ayrılmaz parçası olan Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin tarix boyu qardaşlıq və dostluq şəraitində yaşadığı ölkədir. Bu cür nümunəvi münasibətlərin təşəkkülündə və inkişafında ümumbəşəri dəyərlərin daşıyıcısı kimi İslam dini müstəsna rol oynamışdır. Azərbaycan xalqı bu gün də özünün zəngin tolerantlıq və multikulturalizm ənənələrini qoruyur, sivilizasiyalararası dialoqa, İslam həmrəyliyinə öz töhfələrini verir, İslam dəyərlərinin dünyada təbliği istiqamətində ciddi addımlar atır.
İslam sülh, həmrəylik və mərhəmət dinidir. Ona qarşı aparılan qarayaxma kampaniyalarına baxmayaraq, İslam yüksək əxlaqi dəyərləri, ədaləti, xeyirxahlığı təcəssüm etdirən və milyardlarla insan üçün mənəvi dayaq və bələdçi rolunu oynayan din olaraq qalmağa davam edir.
Hazırkı qlobal çağırışlar və böhranlar, İslam dünyasının üzləşdiyi yeni sınaqlar və çətinliklər, habelə islamofobiya meyillərinin artması, dinimizi gözdən salmaq cəhdləri müsəlman ölkələri arasında həmrəyliyin və birliyinin möhkəmləndirilməsini, qarşılıqlı dəstəyin göstərilməsini olduqca labüd edir. Bütün müsəlman dünyasını narahat edən islamofobiya ilə mübarizə aparmaq üçün vahid cəbhədən çıxış etmək, bu ədalətsizliyə və zərərli təmayüllərə etiraz səsimizi birgə ucaltmaq lazımdır.
Konfransın işinə uğurlar diləyir və onun islamofobiya ilə mübarizəyə, İslam dini ilə bağlı qərəzin aşkara çıxarılması və stiqmaların dağıdılması işinə dəyərli töhfə verəcəyinə dair əminliyimi ifadə edirəm".
***
Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans öz içşinə başlayıb.
Mia.az xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub.
İki gün davam edəcək konfrans islamofobiyanı doğuran qlobal, tarixi və siyasi amilləri araşdırmaq üçün mütəxəssisləri, akademikləri və dövlət rəsmilərini bir araya gətirib.
Bildirək ki, son iki ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi G20 Dinlərarası Forumla əməkdaşlıq çərçivəsində ardıcıl olaraq islamofobiyaya həsr olunmuş beynəlxalq konfranslar təşkil edib. Bu konfransların məqsədi islamofobiyanın bütün formalarına və təzahürlərinə qarşı mübarizə səylərinə töhfə vermək olub.
Konfranslar çərçivəsində iştirakçılar islamofobiya ilə mübarizənin müxtəlif aspektlərini, o cümlədən kəsişən yanaşmanın vacibliyini, islamofobiyanın tarixi və müasir baxış bucaqlarını, birgə əməkdaşlığın təşviqini və mübarizədə beynəlxalq təşkilatların rolunu müzakirə ediblər. Bundan başqa, dini müxtəlifliyin və dinlərarası hörmətin təşviqinə dair müzakirələr də aparılıb.
Qeyd edək ki, martın 15-nin İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında elan olunub. BMT Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.
Livanda "Hizbullahçı" öldürülüb - PUA zərbəsiylə
Qəzzada daha 37 nəfər öldürülüb
Zelenski Rusiya ilə danışıqlar üçün 3 ilkin şərt irəli sürdü: "Heyətimiz İstanbuldakı görüşə qatılacaq və..."
UEFA Avropa Liqası: Beşiktaş"ın potensial rəqibləri bəlli olub
Ukrayna Rusiya təyyarələrini belə vurdu - 40-dan çox hərbi təyyarə yararsız hala salınıb (VİDEO)
Türkiyədə daha bir zəlzələ olub
"Vartolu Saadettin" efirə dönür - Erkan Kolçakın xarici görkəmi tənqid edildi (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Yığmamız dünya çempionatının qalibi oldu - VİDEO
Müğənni Nəfəsin mahnını ifa etməyə nəfəsi çatmadı - VİDEO
"Azərbaycan Dəmir Yolları"na məxsus elektrik yarımstansiyası yanıb - İki rayonda bəzi kəndlər işıqsız qalıb
Kəlbəcərdə traktor minaya düşüb
VETERAN JURNALİSTİN CAVAN ARZULARI...
Leysan yağacaq - Xəbərdarlıq
6 nəfər içəri buraxılmadı, bir nəzarətçi isə... - I və IV ixtisas qrupları üzrə imtahan oldu, açıq tipli tapşırıqların cavabları açıqlandı (Yenilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Mehriban Əliyevadan "1 İyun"la bağlı paylaşım - FOTO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... - FOTOLAR
Hikmət Hacıyev: "Bu, məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıdışını qəsdən gecikdirmək üçün..."
Prezident İlham Əliyevdən paylaşım - VİDEO
Dram Teatrı "qaynayır": “Mən belə bir aktyor tanımıram, hara istəyir, ora şikayət etsin"
Xarici İşlər Nazirliyi məlumat yayıb
DTX QALMAQAL YARADAN BİZNESMENİ QANDALLADI - Məhkkəmə dələduzluq maddəsi ilə haqqında həbs qərarı verdi
Rüfət Səfərovun həbs müddəti uzadılıb
Nəsimi rayonunda “Milli-mənəvi dəyərlərimiz tarixi irsimiz” mövzusunda müsabiqə keçirilib - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
Xəzər dənizində zəlzələ olub
Azərbaycan nefti 66 dollara endi
Laçına növbəti növbəti köç olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
Ağdərədə 47 yaşlı mülki şəxs minaya düşüb (YENİLƏNİB)
Kamal Kılıçdaroğlu: "Məni dirəkdən asmaqla hədələyirlər"
Nəsimi rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə silsilə tədbirlər davam edir - FOTOLAR
İlham Əliyev BƏƏ prezidentinə zəng edib
Numan Kurtulmuş yenidən spikerliyə namizəd olub
"Real Madrid" "Liverpul"un oyunçusu ilə anlaşıb - 6 illik müqavilə
"Milan"ın yeni məşqçisi bəlli oldu
"I-IV ixtisas qrupları üzrə imtahan da eyni səviyyədə olacaq” - DİM sədri etirazları belə cavablandırdı
Aparat rəhbəri vəzifədən çıxarılıb