SURAXANIDA HOQQA VERƏN YÜK SÜRÜCÜLƏRİ və ŞİRKƏT RƏHBƏRLİYİ... - Sakinlər etiraz edir (VİDEO, FOTO)
23-05-2025 [08:12]
Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbə icra nümayəndəliyinin bir addımlığında yaşayış biinası tikən "Günəş" MTK" və onun yük maşınlarının sürücüüləri gecə-gündüz məhəllədə hoqqa verirlər.
Bu barədə Mia.az-a Suraxanı MKTB-nin və Qaraçuxur icra nümayəndəliyinin binasının yerləşdiyi küçənin sakinləri şikayət məktubu göndəriblər.
Onlar əvvəlcə şirkətin günü gündən əhalinin istifadəsində olan küçəni daraldaraq qanunsuz zəbt etməsinə diqqəti çəkiblər: "Sizə küçənin necə zəbt olunması barədə foto və videolar göndəririk. Qırmızı xətlə işarələdiyimiz fotoya baxın. Belə özbaşınalıq olar?! Küçə daraldılıb, yolun asfalt örtüyü yox edilib. Yük maşınları buranı özlərinin oylağına çevirib. Buradan necə məktəbə uşaq yola salaq? Hanı buranın icra başçısı? Adil Əliyevin başı yalnız şadlıq evlərində idmançılarla şou verməyə qarışıb. Niyə rayonla, sakinlərin haqlı problemi ilə maraqlanmır? Ayıbdır vallah. Bir az da şoudan aralanıb camaatın problemləri ilə, rayondakı özbaşınalıqların qarşısını almaqla məşğul olun....
Qaldı Günəş MTK-nın bizə verdiyi zülmə, gah deyirlər bu şirkət Suraxanının keçmş icra başçısına (hazırda Beyləqanda icra başçısıdır - Mia.az), gah da deyirlər Prezidentin köməkçisi Kərəm Həsənova məxsusdur. Hərçənd, bunlar, yəni hər ikisi eyni "kruq"un üzvləridir. Bununla işimiz yoxdur. Lakin bu adamlar ağzını aşan kimi dövlət və dövlətçilikdən, Prezidentə sədaqətdən danışırlar. Ancaq görünən budur ki, bunlar nə ölkə rəhbərliyini, nə indiki icra başçı Adil Əliyevi, nə Bakı meri Eldar Əzizovu, nə də xalqı sayır. Kimdir axı bunlar?! Belə zülm olar?! Pul bunlar üçün hər şeydən üstündürmü?
KAMAZ və digər yük maşınları səhərədək küçədə xodlu vəziyyətdə saxlanılır, siqnal verirlər, bağıra-bağıra danışırlar. Buranın yiyəsi, sahibi yoxdurmu?!
Qeyri vaxtı balaca taqqıltı gələn kimi polislər tökülür. Lakin nə sirdirsə, icra nümayəndəsinin iki addımlığında baş verən bu həngaməni kimsə görmür, yaxud görmək istəmir. Niyə axı? 3-5 məmurun pul hərisliyinə görə biz zülmdə yaşamalıyıq? Bunu Allah götürərmi?"
Sakinlər deyir ki, bu MTK məhəllədə uşaqların oynadığı ərazini də ələ keçirərək bina tikir: "Baxın, Leyla Əliyeva İDEYA birliyinin vasitəsilə məhəllələrdə abad həyət salır, bunlar isə acgöz kimi uşaqların oynadığı yeri də ələ keçirdi. Belə həyasızlıqla hər yeri, o cümlədən küçəni də zəbt edirlər. Vaxtilə Nizami rayonunun icra başçısı belə hoqqaların qurbanı oldu. Maraqlıdır, bəs Suraxanıda niyə belə sərt tədbirlər görülmür?".
Sakinlər sonda prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya üz tutaraq onlara köməklik göstərilməsini xahiş ediblər: "Acizanə şəkildə Sizdən xahiş edirik, bu şirkətin və yük maşınlarının sürücülərinin hoqqalarına son verilməsi üçü müvafiq qurumlara tapşırıq verin..."
Samir MUSAYEV
MİA.AZ
RƏSMİ MOSKVADAN BAKI, YEREVAN VƏ VAŞİNQTONA MESAJ: “Heç bir təhdid..." - “NATO Cənubi Qafqazda güclənməyə çalışır”
FED 32 il sonra tarixi qərara imza atdı
Xəyalə Rəis Baş redaktor vəzifəsindən getdi
Çempionlar Liqası: “Qarabağ” mərhələ adlayıb
ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon Şəhidlər xiyabanıda - FOTO
İmişli rayon təhsil sektoruna yeni müdir təyin olunub
Qəzzada 7 nəfər aclıqdan ölüb - Son 24 saatda
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp Hindistanı "qaraladı": "25 faizlik gömrük rüsumu ödəyəcəklər"
"Kontakhome"da dərəbəylik: 630 manata alınan telefon sənəddə necə 1052 manata qaldırılıb?
Qurban Qurbanov Mia.az-ın sualına cavab verir: "Mən o atmacaya cavab vermək istəmirəm" - VİDEO
Vilayət Eyvazov 454 nəfəri qəbul etdi, 297 nəfəri isə... - Nazir yeni tapşırıqlar verdi (VİDEO, FOTOLAR)
Daha bir Dövlət Agentliyində korrupsiya faktları üzə çıxdı - Rəsmi yoxlamanın nəticələri...
İSTİLİK XİDMƏTİ BAHALAŞDI - Tarif Şurası qərar verdi
Bloger Qabil Məmmədova qiyabi hökm oxunub - 24 maddə üzrə
DÖVLƏT AGENTLİYİNDƏ YOXLAMA: milyonlarla manat hara xərclənib?
"O, çox bacarıqlı idi..." - Emin Ağalarovun anası + VİDEO
Azərbaycan diasporunun rəhbəri axtarışa verildi
"Artıq bir neçə abituriyentdən izahat alınıb, onlar istintaqa cəlb ediliblər" - İmtahanlarda fırıldaqçılıq işi böyüyür
Müğənni Dəniz Əsədova həbsdə qaldı - Hakim şikayətə "yox" dedi
Elçin Məsiyev UEFA-dan təyinat alıb
Qvatemalada zəlzələ... - Ölən var
Prezident Komitəyə 10,5 milyon manat ayırıb - Sərəncam
Luiz Diaz "Bavariya"ya transfer olub
"Göztəpə" braziliyalı sağ cinah müdafiəçisi ilə anlaşıb
"Real Madrid"in yeni 10 nömrəsi bəlli olub
Sunami Kaliforniya sahillərinə çatıb
"Beşiktaş" Taha Şahinə "elçi" düşüb
"Fortaleza" Keny Arroyo ilə danışıqlara başlayıb
"Beşiktaş" Qvido Rodriges ilə maraqlanır
Viktor Osimhen İstanbula gəlir
Tramp Alyaska, Havay və ABŞ-nin Sakit okean sahilində sunami təhlükəsi barədə xəbərdarlıq edib
Sabahın hava proqnozu açıqlanıb
Yaponiyada sunaminin maksimum hündürlüyü qeydə alınıb
"Əl Nassr" Coa Feliks ilə anlaşıb
"Beşiktaş" "Spartak Moskva" ilə danışıqlara başlayıb
Rey Manay "Əl-Şarja"ya transfer olub
Xaricdə oxumuş daha 46 nəfərin diplomu tanınmadı
Barış Alper Yılmaz imza atdı
Prezident İlham Əliyev VI Məhəmmədə məktub göndərib - MƏTN
Dövlət sərhədinin pozulmasının qarşısı alınıb
Azərbaycan nefti bahalaşıb