Telefon alverçisi mühüm dövlət qurumuna aparat rəhbəri təyin olundu

img

20-05-2025 [13:53]


“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni Aparat rəhbəri təyin edilib.

Mia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, qurumun İdarə Heyətinin sədri Rüfət Mahmudovun müvafiq əmri ilə sözügedən vəzifəyə Fuad Xəlilov gətirilib.

Qeyd edək ki, bundan əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev vəzifəsindən azad olunaraq, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsin müdiri təyin edilib.

Fuad Xəlilov bundan əvvvəl mobil cihazlarınızın alışı və satışını həyata keçirən “EasyCep Azərbaycan” Şirkətinin İdarə Heyətinin sədri olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:06 20.05.2025

Daha üç qanun dəyişir