13-08-2014 [13:56]
Respublikanın daxili işlər və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində bu il fevralın 20-də Gəncə şəhərində xüsusi amansızlıqla törədilmiş qətlin açılması və onun törədilməsində şübhəli bilinən şəxslərin tutularaq məsuliyyətə cəlb olunması təmin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bu il fevralın 20-də saat 20 radələrində Gəncə şəhər sakini Maral İsmayılzadənin yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan yanmış meyiti aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Gəncə şəhər sakinləri Arzu Quliyev və Yusif Əliyev tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən onlar tutularaq istintaqa cəlb ediliblər.
Aparılmış istintaqla müəyyən edilib ki, A. Quliyev və Y. Əliyev qabaqcadan cinayət əlaqəsinə girərək özləri ilə maska, əlcək, yapışqanlı lent və armatur parçası götürüb şəhərdə imkanlı şəxs kimi tanıdıqları Maral İsmayılzadənin yaşadığı evə gəlib, ev sahibəsinə qarşı zor tətbiq etməklə pul və qızıl-zinət əşyalarını verməsini tələb ediblər.
M. İsmayılzadə qiymətli əşyalarının olmadığını, pulların isə bankda olduğunu bildirdikdə, onlar mənzili axtarsalar da, istədiklərini tapa bilməyiblər. Törətdikləri cinayətin izlərini gizlətmək məqsədi ilə A. Quliyev və Y. Əliyev ev sahibəsinin üzərinə neft məhlulu tökərək yandırdıqdan sonra evi tərk ediblər.
İstintaq zamanı o da müəyyən edilib ki, A. Quliyev 2014-cü ilin mart-avqust aylarında özünə məxsus həyətyanı sahədə narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə də məşğul olub. Onun yaşadığı evin həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 633 kiloqram 300 qram olan 108 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
A. Quliyev və Y. Əliyev tərəfindən qeyd edilən cinayət əməllərinin törədilməsində əsaslı şübhələr olduğundan onlara Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.6 və 120.2.11 və 234.4.3-cü maddələri ilə ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq tədbirləri davam etdirilir.
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ