İlham Əliyev Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
GÜNDƏM
08.05.2025, 15:55
Prezident İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb.
Mia.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli Zirvə Toplantısının iştirakçıları,
Sizi Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının açılışı münasibətilə səmimiyyətlə salamlayıram.
Builki Zirvə Toplantısı əlamətdar hadisə – Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin qurulmasının 40-cı ildönümünə təsadüf edir. Bu münasibətlə Vəqfin bütün üzvlərini ürəkdən təbrik edirəm. 1985-ci ildə sülh və dialoq təşəbbüsü olaraq təsis olunmuş Vəqf bu gün öz sıralarında nüfuzlu siyasətçiləri, politoloqları, iqtisadçıları, akademik dairələrin nümayəndələrini və iş insanlarını birləşdirərək qlobal və regional əməkdaşlığın genişləndirilməsinə, sülhün, sabitliyin qorunmasına, mədəniyyətlərarası dialoqun təşviqinə böyük töhfə verən mühüm platformalardan birinə çevrilmişdir.
Mərmərə Qrupu Vəqfinin və onun rəhbəri hörmətli Akkan Suverin Azərbaycan və Türkiyə arasında əlaqələrin genişlənməsində xidmətlərini xüsusi vurğulamaq istərdim.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Mərmərə Qrupu Vəqfinin fəaliyyətini daim yüksək qiymətləndirmiş və təşəbbüslərini dəstəkləmişdir. Qeyd etmək lazımdır ki, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildən Avrasiya İqtisadi Zirvə Toplantıları keçirilməyə başlamış və həmin ildə Heydər Əliyev Mərmərə Qrupu Vəqfinin fəxri sədri seçilmişdir.
Mərmərə Qrupu Vəqfinin qurulmasının 40 illiyi münasibətilə təsis edilən 16 mükafat arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə “Türk Dünyası Mükafatı”nın yer alması bizim üçün böyük şərəfdir. Ümummilli Liderin adına ithaf edilən mükafata dünyaşöhrətli alim, Nobel mükafatı laureatı və Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü – Əziz Sancarın layiq görülməsi xüsusi məmnunluq doğurur.
Bu gün Azərbaycan ilə Türkiyə arasındakı birlik, qardaşlıq və həmrəylik bütün Türk dünyası üçün böyük töhfədir. Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində, strateji müttəfiqliyimizin gücləndirilmisində əziz Qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın misilsiz xidmətləri vardır. Ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın birliyindən qaynaqlanan və hazırda dinamik inkişaf edən müstəsna dövlətlərarası əlaqələrimiz bölgədə rifaha, sülhə və təhlükəsizliyə töhfə verməklə yanaşı bütün Avrasiya üçün önəmli amil rolunu oynayır.
Avrasiya İqtisadi Zirvə Toplantısının builki iclası “Yaşana bilən bir dünya üçün dialoq” mövzusuna həsr olunub. Hansı sahədə olursa olsun, istər dövlətlərarası münasibətlərdə, istərsə də insanlararası təmaslarada dialoq mühüm sabitləşdirici faktor və körpü olaraq çıxış edir. Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu məkanda yerləşən Azərbaycanda əsrlər boyu ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələri dostluq, qardaşlıq, qarşılıqlı etimad və anlaşma şəraitində birgə yaşayırlar. Xalqlararası dostluğun, dinlərarası dialoqun, multikulturalizm və tolerantlıq ənənələrinin qorunması bizim yaşam tərzimiz olmaqla yanaşı, dövlət siyasətimizin prioritet istiqamətlərindəndir. Ölkəmiz eyni zamanda qlobal müstəvidə də mədəniyyətlər arasında ahəngdar münasibətləri dəstəkləyir, qarşılıqlı anlaşmaya nail olunması naminə sivilizasiyalararası dialoq zəminində təşəbbüslərlə çıxış edir.
Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması, sosial-iqtisadi rifahın təmin edilməsi üçün var qüvvəsi ilə çalışır. Hesab edirəm ki, hazırda bu bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır.
Bəşəriyyətin üzləşdiyi yeni çağırışlar, beynəlxalq münasibətlər sistemində artan parçalanma və gərginlik dövründə dünyada sülh, əmin-amanlıq və dinc birgəyaşayışın təmin olunmasında dialoqun rolu danılmazdır. Azərbaycan 4 il ərzində Qoşulmama Hərəkatına, keçən ilin noyabrından etibarən isə COP29-a sədrlik edərək Qlobal Cənub ilə Qlobal Şimal arasında uzun illərdən bəri formalaşmış etimadsızlıq mühitinin aradan qaldırılması, onlar arasında dialoq körpüsünün qurulması və qarşılıqlı anlaşmanın bərqərar olması uğrunda səylərini əsirgəmirdi. Məhz Azərbaycanın tutduğu balanslaşdırılmış mövqe COP29-da qlobal iqlim fəaliyyətinə müsbət təkan verən və çoxtərəfliliyin təntənəsi olan “Bakı sıçrayışı”nın əldə edilməsini şərtləndirdi.
İnanıram ki, builki Avrasiya İqtisadi Zirvə Toplantısı iqtisadiyyat, enerji, rəqəmsallaşma, süni intellekt, səhiyyə, ətraf mühit və digər aktual mövzular və yeni əməkdaşlıq imkanları ətrafında faydalı müzakirələrin aparılması, ideyaların və təcrübələrin mübadiləsi, səylərin əlaqələndirilməsi üçün əhəmiyyətli platforma olacaq.
Bir daha Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin bütün üzvlərini yubiley münasibətilə təbrik edir, Vəqfin fəaliyyətinə bundan sonra da müvəffəqiyyətlər və yeni-yeni nailiyyətlər, Zirvə Toplantısının işinə uğurlar arzulayıram".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AFFA-da yeni təyinatlar oldu - Murad Axundov şöbə müdiri rəhbəri, Aida Əliyeva mətbuat katibi...
Bugün, 22:28 PRESS
-
Tələbə adını qazanmağa gedən yoldan təqaüd dəstəyinədək - “OBA” təhsil yolunda əməkdaş övladlarının yanında + VİDEO
Bugün, 20:52 CƏMİYYƏT
-
Arzu Bəndəliyeva vəzifədən azad olunub
Bugün, 20:38 CƏMİYYƏT
-
Mərkəzi Bankın baş direktoru da həmin toyda imiş - FOTO
Bugün, 20:24 MƏDƏNİYYƏT
-
264 nömrəli məktəbdəki skandal araşdırılır
Bugün, 19:35 CƏMİYYƏT
-
Ankarada 10 il axtarışda olan FETÖ üzvü saxlanıldı
Bugün, 19:22 DÜNYA
-
Afət Fərmanqızı məhkəməyə verildi - Xüsusi ittiham qaydasında
Bugün, 18:54 ŞOU-BİZNES
-
İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT: iki nəfər həbs edildi, başçı vəzifədən azad olundu (YENİLƏNİB)
Bugün, 18:17 GÜNDƏM
-
Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası: Protokol imzalanıb
Bugün, 18:01 İQTİSADİYYAT
-
Yeni Partiya adını dəyişməkdən imtina etdi - Açıqlama
Bugün, 17:53 SİYASƏT
-
Keçmiş aparat rəhbərinə ölkədən çıxışa məhdudiyyət qoyulub
Bugün, 17:41 SİYASƏT
-
Deputatın qardaşı arvadı vəzifədən çıxarıldı - TƏBİB-də daha bir dəyişiklik
Bugün, 17:14 GÜNDƏM
-
Xırdalanda evdə əl qumbarası partladıldı: 19 yaşlı qız ölüb
Bugün, 17:08 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
“Nargin: Saralmış kədər”- Arxiv sənədindən bədii həqiqətə...
Bugün, 16:57 MƏDƏNİYYƏT
-
ABŞ Hərbi Hava Qüvvələri kosmosa raket yerləşdirib
Bugün, 16:43 GÜNDƏM
-
Komitə sədri üç şöbə müdirini vəzifədən azad etdi
Bugün, 16:31 CƏMİYYƏT
-
İstanbulda valyutadəyişmə məntəqəsində silahlı insident: 2 nəfər öldürüldü, 2 yaralı var
Bugün, 16:27 KRİMİNAL
-
İlham Əliyev beynəlxalq konfransın iştirakçılarını qəbul etdi - Maraqlı dialoq + FOTOLAR (YENİLƏNİB)
Bugün, 16:14 GÜNDƏM
-
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
Bugün, 15:56 CƏMİYYƏT
-
Tümer Metin "Fənərbaxça"nın hücumçusunu "göydən yerə vurdu": "O, milli komandanı talan etdi, indi də..."
Bugün, 15:21 İDMAN
-
Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Bugün, 15:17 CƏMİYYƏT
-
Ərdoğan: "Dost və qardaş Azərbaycanı..."
Bugün, 15:09 SİYASƏT
-
"Qalatasaray" - "Fənərbaxça" derbisinin tarixi açıqlandı
Bugün, 15:01 İDMAN
-
Azərbaycan və Türkiyə XİN başçıları brifinqdə: "Bölgədə baş verən proseslər hər iki ölkəni narahat edir"
Bugün, 14:44 SİYASƏT
-
Türkiyənin 21 şəhərində kiberdələduzlara qarşı əməliyyat - 76 nəfər həbs edildi
Bugün, 14:37 KRİMİNAL
-
Məkkə, Ciddə və Taif şəhərlərində təhlükə siqnalları aktivləşdirilib - Husilər Səudiyyə Ərəbistanını təhdid edir
Bugün, 14:26 DÜNYA
-
"LeoBank" istifadəçiləri yenidən texniki problemlə üzləşib - "Unibank"ın layihəsi çöküb!
Bugün, 14:20 İQTİSADİYYAT
-
"VTB Bank"a sanksiya qoyuldu - Bankın Azərbaycandakı törəməsini nə gözləyir?
Bugün, 14:15 İQTİSADİYYAT
-
"TuranBank" ASC beynəlxalq mükafata layiq görülüb
Bugün, 14:13 İQTİSADİYYAT
-
Ədliyyə orqanlarına qulluqkeçmə qaydası dəyişir
Bugün, 14:06 CƏMİYYƏT
-
MƏHKƏMƏ HAKİMLƏRİ BARƏDƏ QƏRAR DƏYİŞİR - Yeni səlahiyyət verilir
Bugün, 13:57 GÜNDƏM
-
"İndi neft və boğazlarla bağlı güc balansı dəyişib" - Rəsmi Tehran Trampın "danışıqlara hazırıq" mesajını rədd etdi
Bugün, 13:42 GÜNDƏM
-
ABŞ-ın keçmiş prezidentindən süni intellektlə bağlı çağırış: "Onu bir qutuya sala bilmərik, amma..."
Bugün, 13:19 DÜNYA