Zelenski: Rusiyanın hücumu nəticəsində Ukraynada iki nəfər ölüb, yeddi nəfər yaralanıb

Zelenski: Rusiyanın hücumu nəticəsində Ukraynada iki nəfər ölüb, yeddi nəfər yaralanıb

DÜNYA

07.05.2025, 13:12

Rusiyanın Ukraynaya gecə saatlarında hücumu nəticəsində 2 nəfər həlak olub, yeddi nəfər yaralanıb, onlardan dördü uşaqdır.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, ötən gecə Rusiya hərbçiləri Ukrayna ərazisinə 4 ballistik raket və 142 dron atıb.

"Bu vaxta qədər 7 yaralı barədə məlumat var, onlardan 4-ü uşaqdır. Təəssüf ki, həlak olanlar var – onlar bir qadın və onun oğludur", - V.Zelenski yazıb.

Qeyd olunub ki, mayın 6-sı axşam saatlarından Zaporojye, Donetsk, Jitomir, Xerson və Dnepr vilayətlərinə çoxlu sayda zərbələr endirilib./Report

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR