Leyla Əliyevanın təşəbbüsü ilə “Gənc arıçı” layihəsi Xızıda keçiriləcək
İQTİSADİYYAT
05.05.2025, 17:36
Gənc ailələrin məşğulluğu və ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən “Gənc arıçı” layihəsi bu dəfə Xızı rayonunda icra olunacaq.
IDEA İctimai Birliyindən Mia.az-a bildirilib ki, layihəyə cəlb olunacaq 20 gənc ailə əvvəlcə nəzəri və praktiki təlimlərdə iştirak edəcək. Təlimləri başa vurmuş iştirakçılar arı ailələri və pətəklər, arıçı geyimi, balsüzən aparat və digər zəruri avadanlıqlarla təmin olunacaqlar.
Gənc arıçılara istehsalat prosesinin effektiv təşkili üçün zəruri şərait yaradılacaq, eyni zamanda məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satış strategiyalarının hazırlanması sahəsində metodoloji və peşəkar dəstək göstəriləcək.
“Gənc arıçı” layihəsində iştirak etmək istəyən Xızı rayonunda yaşayan 18-35 yaş arası gənclər mayın 18-dək müraciətlərini IDEA İctimai Birliyinin “1113” qaynar xətti və ya elektron poçt ünvanına ([email protected]) göndərmələri və yaxud Dövlət Məşğulluq Agentliyinin Xızı rayon xidmət şöbəsinə yaxınlaşaraq qeydiyyatdan keçmələri xahiş olunur.
Müraciətlərin qiymətləndirilməsi zamanı iştirakçıların arıçılıq sahəsində bilik və təcrübəsi, sosial vəziyyəti, həmçinin arıçılıq təsərrüfatının yerləşdirilməsi üçün müvafiq həyətyanı torpaq sahəsinin mövcudluğu əsas meyarlar kimi nəzərə alınacaq.
Qeyd edək ki, “Gənc arıçı” layihəsi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü, Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə 2021-ci ildən həyata keçirilir. Bu günədək layihə çərçivəsində ölkənin müxtəlif regionlarında yaşayan 60-dan çox gənc ailəyə arıçılıq təsərrüfatının qurulmasına dəstək göstərilib.
Layihənin məqsədi biomüxtəlifliyin əsas qoruyucularından biri olan arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi, arıçılığın ekosahibkarlıq forması kimi regionlarda təşviqi, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı fəaliyyətlərinin dəstəklənməsi və keyfiyyətli təbii bal istehsalının artırılmasıdır. Eyni zamanda layihə gənc ailələrin sosial rifahının yüksəldilməsinə və onların dayanıqlı məşğulluğunun təmin olunmasına töhfə verməyi hədəfləyir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İKİ GENERAL, BİR SƏDR BİR ARADA - Maraqlı FOTOLAR
Bugün, 15:34 GÜNDƏM
-
SİSTEM XƏTASI, yoxsa RÜŞVƏT ÜÇÜN "AYAQ YERİ"? - Ekspert rastlaşdığı faktları yazdı
Bugün, 15:12 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:51 CƏMİYYƏT
-
Rəsmi Moskva Ermənistandakı səfiri geri çağırdı - Rusiya ilə gərginlik böyüyür
Bugün, 11:01 SİYASƏT
-
Azərbaycan nefti: qiymət 100 dollardan aşağı düşdü
Bugün, 10:57 İQTİSADİYYAT
-
Ağdərədə bir ailənin üzvlərinə məxsus olduğu ehtimal olunan sümük qalıqları aşkarlanıb - FOTO
Bugün, 10:14 GÜNDƏM
-
"Biləsuvar"lı futbolçularla azarkeşlər arasında gərginlik yaranıb - VİDEO
Bugün, 10:01 İDMAN
-
Ərdoğan Qurani-Kərimdən ayələr oxudu - VİDEO
Bugün, 09:40 SİYASƏT
-
Çempionlar Liqası: bu gün fransızlarla ingilislər finalda üz-üzə gələcək
Bugün, 09:30 İDMAN
-
Avropa çempionatı: Azərbaycan millisi növbəti mərhələyə yüksəldi
Bugün, 00:12 İDMAN
-
Oğuzda güclü külək... - 15 kənd işıqsız qalıb
Bugün, 00:04 CƏMİYYƏT
-
"Mən iddianız klubla işləyə bilmərəm" - Fizuli Məmmədov "Karvan-Yevlax"la vidalaşdı
29.05.2026, 22:12 İDMAN
-
"Holcim”lə bağlı araşdırma başlayır - QHT rəhbərləri DTX, Prokurorluq və daha iki qurum rəhbərinə şikayət etdi (SİYAHI + SƏBƏB)
29.05.2026, 22:03 SİYASƏT
-
Murad Dadaşov ikinci oğlunu da evləndirdi
29.05.2026, 21:56 ŞOU-BİZNES
-
Polis "yox" dedi, ADY "əl çəkmədi" - Azyaşlını cəzalandırmaq istəyən "Dəmir Yolları” QSC məhkəmədən də "əliboş" çıxdı
29.05.2026, 18:43 CƏMİYYƏT
-
Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi açılıb
29.05.2026, 18:05 İQTİSADİYYAT
-
Yağışlı hava mayın sonunadək davam edəcək - Xəbərdarlıq
29.05.2026, 17:29 GÜNDƏM
-
Jurnalistdən AZAL-a sərt ittihamlar: "İnsafınız olsun, Ankaradan Bakıya min manata bilet olar?!" - QİYMƏTLƏR KƏLLƏ-ÇARXA ÇIXIB
29.05.2026, 14:14 PRESS
-
Ağdərə və Ağdamda arxeoloji abidələr aşkarlanıb - FOTOLAR
29.05.2026, 13:04 MƏDƏNİYYƏT
-
Sabah yağış yağacaq
29.05.2026, 12:48 CƏMİYYƏT
-
Prezident İlham Əliyev keçmiş deputata "Şöhrət" ordeni verdi - Sərəncam
29.05.2026, 12:10 GÜNDƏM
-
İrandan Azərbaycana narkotik keçirən TIR sürücüsü saxlanıldı
29.05.2026, 11:54 KRİMİNAL
-
Azərbaycan nefti 100 dollara satılır
29.05.2026, 10:03 İQTİSADİYYAT
-
Rusiya PUA-sı Rumıniyada yaşayış binasına çırpılıb - Yaralılar var
29.05.2026, 09:02 DÜNYA
-
Şirvan Mərkəzi Xəstəxanasında 13 minlik internet xidməti sual doğurdu
29.05.2026, 08:47 CƏMİYYƏT
-
AZAL hesabatlılıq prinsipini pozub - Dövlət şirkəti rəqəmləri niyə gizlədir? + SƏNƏD
29.05.2026, 08:31 İQTİSADİYYAT
-
Prezidentin qızları Lənkəranda - FOTOLAR
29.05.2026, 08:11 GÜNDƏM
-
18 yaşlı azərbaycanlı Niderlandda göldə boğulub
29.05.2026, 08:04 GÜNDƏM
-
Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - Distant təhsil alan nazir haqda şok VİDEO
29.05.2026, 07:43 GÜNDƏM
-
Putinin təyyarəsi belədi: geniş salonu, konfrans otağı, mətbəxi, istirahət otağı və... -VİDEO
29.05.2026, 00:39 DÜNYA
-
“Temu” çökür, yoxsa çökdürülür? - Diqqətli olaq!
28.05.2026, 23:34 İQTİSADİYYAT
-
Abşeronda göl daşdı: yüzlərlə evi çirkab və qrunt suları basdı - VİDEO
28.05.2026, 23:31 CƏMİYYƏT
-
Paşinyan tək deyil: Qərb onun arxasındadır - TƏHLİL
28.05.2026, 23:22 SİYASƏT
-
İlham Əliyev Şuşadan görüntü paylaşdı - VİDEO
28.05.2026, 20:44 GÜNDƏM