BMT: "Yəməndə 4,8 milyon insan evlərindən didərgin düşüb"

BMT: "Yəməndə 4,8 milyon insan evlərindən didərgin düşüb"

DÜNYA

05.05.2025, 13:14

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Yəməndəki vəziyyətlə bağlı maraqlı statistik hesabat yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hesabatda vətəndaş savaşının indiyədək  4,8 milyon insanın yurd-yuvasından köçkün düşdüyü qeyd olunub.

Hesabatda deyilir ki, bəzi ailələr hətta iki-üç dəfə ölkə daxilində təhlükəsizliyi ilə əlaqdar olaraq sığındığı bölgədən qaçmaq məcburiyyətində qalıb: "Yəmənli ailələrin böyük əksəriyyətinin təcili dəstəyə ehtiyacı var".

Tahir Şəlvəli
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR