Xəzərdə əməliyyat: bir nəfər zərərsizləşdirilib
GÜNDƏM
02.05.2025, 15:19
Dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun qarşısı alınıb.
Mia.az Dövlət Sərhəd Xidmətinə istinadla xəbər verir ki, may ayının 1-də saat 21:55-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Salyan reydi istiqamətində sahildən 0.3 mil məsafədə sürətlə hərəkət edən 1 (bir) ədəd naməlum üzmə vasitəsi müşahidə edilib.
Aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılmış, sahil nəzarəti bölmələri məlumatlandırılaraq sahil xəttinin qapadılması üzrə zəruri tədbirlər görülüb.
Xəzər dənizinin Azərbaycana mənsub hissəsinin cənub-şərq istiqamətində keçirilmiş əməliyyat-axtarış və təqibetmə tədbirləri zamanı hədəfin saxlanılması məqsədi ilə saat 22:40-da sərhəd gəmisi tərəfindən işıq və səs siqnallarından istifadə edilməklə “Dayan” komandası verilib, xəbərdarlıq atəşi açılıb.
Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayaraq Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərən sərhəd pozucularının saxlanılması məqsədi ilə “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib, nəticədə sərhəd pozucularının hər ikisi yaralanıb.
Gəmi heyəti tərəfindən yaralı sərhəd pozucularının ixtisaslaşmış tibb müəssisəsinə göndərilməsi üzrə təxirəsalınmaz tədbirlər görülmüşdür. Təxliyə zamanı həkimlərin səyinə baxmayaraq sərhəd pozucularından birinin həyatını xilas etmək mümkün olmayıb. Digər sərhəd pozucusunun isə müasir tibb müəssisəsində müalicəsi davam etdirilir.
Layner tipli itisürətli üzmə vasitəsinə keçirilmiş baxış zamanı 33 kiloqram 75 qram narkotik vasitə marixuana, 2 ədəd “Garmin” markalı GPS və 1 ədəd “THURAYA” markalı peyk telefonu aşkarlanaraq götürülüb.
İlkin araşdırma tədbirləri nəticəsində sərhəd pozucularının İran İslam Respublikası vətəndaşları – 1985-ci il təvəllüdlü Qaranicat Nuri Qurban Məhəmməd (yaralı) və 1990-cı il təvəllüdlü Uməhəmmədi Behsad Saleh (ölən şəxs) olduğu müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Tacir Şahmalıoğlu xanımı ilə - FOTO
Bugün, 00:25 ŞOU-BİZNES
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Çempionlar Liqası: fransızlar çempion oldu
30.05.2026, 23:00 İDMAN
-
Baba Vəziroğlu: "Rasimin adına layiq bir iş təqdim ediləcək"
30.05.2026, 22:27 MƏDƏNİYYƏT
-
KEÇMİŞİN TƏQİBİNDƏN VƏ SKANDALLARDAN QAÇA BİLMƏYƏN ADİL ƏLİYEV: o, niyə həyəcanlanıb?
30.05.2026, 19:36 SİYASƏT
-
İcra başçısının qaziyə məsləhəti qalmaqal yaratdı: “Yaşıl çay verin içsin, sonra..." - Bəs qazi nə deyir?
30.05.2026, 19:32 CƏMİYYƏT
-
DİM-dən qabiliyyət imtahanları ilə bağlı - Açıqlama
30.05.2026, 19:26 GÜNDƏM
-
İqbal Ağazadədən Adil Əliyevin sözlərinə reaksiya: "Cəmiyyətdə məmur–vətəndaş münasibətləri kifayət qədər gərgindir"
30.05.2026, 18:05 SİYASƏT
-
“Qarabağ” Qurban Qurbanovla yeni müqavilə imzalayıb
30.05.2026, 17:47 İDMAN
-
İKİ GENERAL, BİR SƏDR BİR ARADA - Maraqlı FOTOLAR
30.05.2026, 15:34 GÜNDƏM
-
SİSTEM XƏTASI, yoxsa RÜŞVƏT ÜÇÜN "AYAQ YERİ"? - Ekspert rastlaşdığı faktları yazdı
30.05.2026, 15:12 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
30.05.2026, 12:51 CƏMİYYƏT
-
Rəsmi Moskva Ermənistandakı səfiri geri çağırdı - Rusiya ilə gərginlik böyüyür
30.05.2026, 11:01 SİYASƏT
-
Azərbaycan nefti: qiymət 100 dollardan aşağı düşdü
30.05.2026, 10:57 İQTİSADİYYAT
-
Ağdərədə bir ailənin üzvlərinə məxsus olduğu ehtimal olunan sümük qalıqları aşkarlanıb - FOTO
30.05.2026, 10:14 GÜNDƏM
-
"Biləsuvar"lı futbolçularla azarkeşlər arasında gərginlik yaranıb - VİDEO
30.05.2026, 10:01 İDMAN
-
Ərdoğan Qurani-Kərimdən ayələr oxudu - VİDEO
30.05.2026, 09:40 SİYASƏT
-
Avropa çempionatı: Azərbaycan millisi növbəti mərhələyə yüksəldi
30.05.2026, 00:12 İDMAN
-
Oğuzda güclü külək... - 15 kənd işıqsız qalıb
30.05.2026, 00:04 CƏMİYYƏT
-
"İddiasız klubla işləyə bilmərəm" - Fizuli Məmmədov "Karvan-Yevlax"la vidalaşdı
29.05.2026, 22:12 İDMAN
-
"Holcim”lə bağlı araşdırma başlayır - QHT rəhbərləri DTX, Prokurorluq və daha iki qurum rəhbərinə şikayət etdi (SİYAHI + SƏBƏB)
29.05.2026, 22:03 SİYASƏT
-
Murad Dadaşov ikinci oğlunu da evləndirdi
29.05.2026, 21:56 ŞOU-BİZNES
-
Polis "yox" dedi, ADY "əl çəkmədi" - Azyaşlını cəzalandırmaq istəyən "Dəmir Yolları” QSC məhkəmədən də "əliboş" çıxdı
29.05.2026, 18:43 CƏMİYYƏT
-
Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi açılıb
29.05.2026, 18:05 İQTİSADİYYAT
-
Yağışlı hava mayın sonunadək davam edəcək - Xəbərdarlıq
29.05.2026, 17:29 GÜNDƏM
-
Jurnalistdən AZAL-a sərt ittihamlar: "İnsafınız olsun, Ankaradan Bakıya min manata bilet olar?!" - QİYMƏTLƏR KƏLLƏ-ÇARXA ÇIXIB
29.05.2026, 14:14 PRESS
-
Ağdərə və Ağdamda arxeoloji abidələr aşkarlanıb - FOTOLAR
29.05.2026, 13:04 MƏDƏNİYYƏT
-
Sabah yağış yağacaq
29.05.2026, 12:48 CƏMİYYƏT
-
Prezident İlham Əliyev keçmiş deputata "Şöhrət" ordeni verdi - Sərəncam
29.05.2026, 12:10 GÜNDƏM
-
İrandan Azərbaycana narkotik keçirən TIR sürücüsü saxlanıldı
29.05.2026, 11:54 KRİMİNAL
-
Azərbaycan nefti 100 dollara satılır
29.05.2026, 10:03 İQTİSADİYYAT
-
Rusiya PUA-sı Rumıniyada yaşayış binasına çırpılıb - Yaralılar var
29.05.2026, 09:02 DÜNYA
-
Şirvan Mərkəzi Xəstəxanasında 13 minlik internet xidməti sual doğurdu
29.05.2026, 08:47 CƏMİYYƏT
-
AZAL hesabatlılıq prinsipini pozub - Dövlət şirkəti rəqəmləri niyə gizlədir? + SƏNƏD
29.05.2026, 08:31 İQTİSADİYYAT