Ceyhun Bayramov: "Ermənistanın konstitusiyasında Azərbaycana qarşı..."
SİYASƏT
01.05.2025, 15:57
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniya Respublikasının xarici işlər və xarici ticarət nazirinin müavini Zoran Dimitrovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Mia.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və Şimali Makedoniya arasında mövcud ikitərəfli və çoxtərəfli gündəlikdə duran münasibətlər, habelə regional və qlobal inkişaflar müzakirə olunub.
Ölkələrimiz arasında son zamanlar yüksək səviyyəli səfər və təmasların artan dinamizmindən razılıq ifadə olunub, dövlətlərarası dialoqun davam və inkişaf etdirilməsində Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.
İqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, ənənəvi və bərpa olunan enerji istiqamətləri üzrə tərəfdaşlığın inkişafı üçün geniş perspektivlərin mövcud olduğu diqqətə çatdırılıb. Azərbaycan təbii qazı ilə təchiz olunan ölkələr sırasına Şimali Makedoniyanın qoşulması məmnunluqla xatırlanıb.
Xalqlarımız arasında əlaqələrin gücləndirilməsi və eləcə də dövlətlərarası münasibətlərə əlavə dəyər qatılması xüsusunda humanitar istiqamət, o cümlədən təhsil, mədəniyyət və turizm kimi sahələr üzrə mübadilələrin təşviqinin əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov, qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı və bu prosesə mane olan amillər barədə ətraflı məlumatlandırıb. Tərəflər arasında yekun sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı mövcud ərazi iddialarının aradan qaldırılması və artıq öz aktuallığını itirmiş olan Minsk Qrupu kimi təsisatların ləğv edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Şimali Makedoniya Respublikasının Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Şimali Makedoniya tərəfindən isə xarici işlər və xarici ticarət nazirinin müavini Zoran Dimitrovski rəhbərlik edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avropa Azərbaycandan asılılığa doğru gedir? - Yeni enerji reallığının anatomiyası (TƏHLİL)
Bugün, 11:31 İQTİSADİYYAT
-
Xalq artisti: "Ortalıqda heç bir xidmətləri yoxdur, amma “basıb-bağlayırlar”
Bugün, 11:12 MƏDƏNİYYƏT
-
Ədliyyədə daha bir dəyişiklik - Nazir Asif Hüseynovu rəis təyin etdi (FOTO)
Bugün, 11:06 CƏMİYYƏT
-
"SİZİN KÖKÜNÜZÜ KƏSƏCƏM" - Paşinyan "Qarabağ elitası"na "şərəfsizlər" dedi, təhdid etdi (VİDEO)
Bugün, 10:59 GÜNDƏM
-
XXXIII turuna təyinatlar açıqlanıb
Bugün, 10:26 İDMAN
-
Türkiyədə məşhur aktyor və müğənnilər saxlanıldı – Narkotik ittihamı ilə (SİYAHI)
Bugün, 10:12 MƏDƏNİYYƏT
-
"Xeyiri yoxdur ki, yoxdur..." - Sabiq deputat ADY-nin qiymət siyasətini tənqid etdi
Bugün, 10:04 İQTİSADİYYAT
-
“Qadını evdə saxlayıb uşaqlarına baxmağa yönəltsək, daha çox xeyir gətirər” - Rektor elə sözlər dedi ki... (MÜAHİBƏ)
Bugün, 09:58 SİYASƏT
-
Emin Hüseynov: "Bu il daha 30 min nəfərin doğma yurdlarına qayıtması əsas hədəfimizdir"
Bugün, 09:52 CƏMİYYƏT
-
Arif Hacılı: "Onunla dəfələrlə telefon danışığımız olub"
Bugün, 09:45 SİYASƏT
-
Rövşən Rüstəmovun doğma rayonundakı planı: "zarkalnı summa" və ya ADY-nin 5.6 milyonluq şübhəli sənəd işi..
Bugün, 09:40 İQTİSADİYYAT
-
Cəbrayıla daha 165 nəfər köçürülüb
Bugün, 09:28 GÜNDƏM
-
"Hər şeyə görə izahata çağırırlar: yığım, MF, sayğaca baxış... burada o qədər haqsızlıq var ki..." - Komitə sədri "Azəriqaz"dakı eybəcər idarəçiliyə işıq salır
Bugün, 09:27 CƏMİYYƏT
-
Özgür Özel Kılıçdaroğluna cavab verdi: “Sözlərim saraya mərmər olanlaradır”
Bugün, 09:09 SİYASƏT
-
Azərbaycan nefti daha 5 dollar ucuzlaşdı - Qara qızıl neçəyədir?
Bugün, 09:01 İQTİSADİYYAT
-
Qayınatanın görünməyən əli, "Azərsun"un məclisi və ya aylıq 58 min manat "çölə atılacaq"?! - "Qarabağ"da arxa planda nələr yaşanır?
Bugün, 08:49 İDMAN
-
Raul Kastroya qarşı ağır ittihamlar irəli sürüldü – ABŞ 94 yaşlı keçmiş lideri həbs etmək istəyir
Bugün, 08:48 GÜNDƏM
-
Xəzər dənizində zəlzələ olub
Bugün, 08:36 GÜNDƏM
-
İspaniya israilli nazirdən nə istəyir? – Baş nazir hərəkətləndi
Bugün, 00:22 DÜNYA
-
Telejurnalist zorlamada ittiham olunur - 11 qadının işə götürülməsi zamanı...
Bugün, 00:04 PRESS
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tbilisiyə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
20.05.2026, 23:25 GÜNDƏM
-
SEVGİ-SEVİNCLƏ QARŞILANAN ÖMÜR YOLU... - FOTOLAR
20.05.2026, 22:18 MƏDƏNİYYƏT
-
Ümit Karanın cinayət işi – Keçmiş futbolçunu 12,5 ilədək həbs gözləyir
20.05.2026, 22:08 İDMAN
-
Xəzər dənizində zəlzələ olub
20.05.2026, 21:07 GÜNDƏM
-
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib
20.05.2026, 20:41 GÜNDƏM
-
Tblisiyə biletləri turfirmalar satmağa başladı - Azərbaycan Dəmir Yolları QSC-nin tətbiqi isə donub
20.05.2026, 20:36 CƏMİYYƏT
-
Yüksək müsiqi, yoxsa cadugər ritualları səviyyəsi? - Avroviziyada rənglər yenə dəyişdi
20.05.2026, 20:01 MƏDƏNİYYƏT
-
"Araz Saatlı"nın futbolçularına hücum ediblər - AFFA cəzalar yağdırdı
20.05.2026, 19:57 İDMAN
-
“Nə istəsəm, Netanyahu onu edər” – Tramp
20.05.2026, 19:11 DÜNYA
-
Yaradıcı insanlardan çəkinən rəhbərlər... - Peşəkar təhsil işçisi yazır
20.05.2026, 19:08 CƏMİYYƏT
-
Sahibə Qafarovan Rusiyaya işgüzar səfərə gedib
20.05.2026, 18:23 GÜNDƏM
-
Müğənni Tacir Şahmalıoğlu övladının toyuna qadınları dəvət etməyib
20.05.2026, 18:00 ŞOU-BİZNES
-
Ərdoğan partiya sədrini cərimələtdi – 300 min təzminat ödəniləcək
20.05.2026, 17:53 SİYASƏT