Gürcüstana qatarla sərnişindaşınmanın bərpa olunacağı haqda xəbər yalan çıxdı: "Doğru deyil, elə bir şey yoxdur"

img

01-05-2025 [15:01]


Gürcüstan mediası və bəzi sosial media istifadəçiləri mayın 26-da Gürcüstanın Müstəqillik və 28 May Azərbaycanın Respublika Günləri münasibətilə iki ölkə arasında qatarla sərnişindaşımanın bərpa olunacağı ilə bağlı xəbərlər tirajlayır.

Mia.az xəbər verir ki, son bir neçə gündə Gürcüstan mətbuatında hətta biletlərin konkret qiymətləri haqda da xəbərlər dərc olunub.

İddia olunur ki, hazırkı mərhələdə biletlərin qiyməti 50-70 lari (30-44 manat) arası dəyişəcək.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Bəxtiyar Hacıyev isə Mia.az-a açıqlamasında yayılan xəbəri əsassız sayıb.

O, xatırladıb ki, nəinki Bakı-Tbilisi, ümumiyyətlə, Azərbaycanda bütün beynəlxalq sərnişindaşıma 2020-ci ilin mart ayından - COVID-19 pandemiyası ilə əlaqəlidayandırılıb: "O vaxtdan hər hansı bir istiqamətdə sərnişindaşınma ilə bağlı rəsmi qərar omayıb. İndi də belə bir qərar yoxdur. Sadəcə, Gürcüstan mediası fevraldan qatarların hərəkətinin bərpası haqda yazır. Onların məntiqi ilə yanaşsaq, çoxdan sərnişindaşıma olmalı idi..."

"Bəs mayın 26-28 arası bərpa olunacağı haqda xəbər necə, doğru deyilmi", - sualına qurum rəsmisi qısaca "yox, elə bir şey yoxdur" cavabı verib.

F.ƏHMƏD

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR