Qara mələklər
30-04-2025 [09:07]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Azərbaycan xalqına, onun müstəqil dövlətinin torpaq bütövlüyünə qarşı törədilmiş cinayətlərdə ittiham olunan erməni mənşəli cinayətkarların Bakıda davam edən məhkəmə prosesində verdikləri ifadələr, həmçinin sosial mediada bir çox Ermənistan vətəndaşının xalqımıza, bayrağımıza qarşı vəhşiliyini göstərən videolar bu insanların “qara mələk” xislətinin nə dərəcədə dəhşətli olduğunu deməyə əsas verir.
Bir zamanlar işğal altında saxladıqları Qarabağda özlərini “prezident”, “xarici işlər naziri”, “parlament sədri” kimi təqdim etmiş bu şəxslərin “qara mələk” cildindəki iblis, xain, cinayətkar və qatil sifətləri bir-bir ifşa olunduqca 35 il əvvəl Fransadan və Livandan ruh, Rusiyadan isə silah almış erməni separatizmini də tarixin zibillikilərinə birdəfəlik gömən uca ədalət gec də olsa, öz yerin tapır. İndi çarəsizcə dəmir barmaqlıqlar arasında gözləri bərələn bu cinayətkarlar hər nə qədər özlərini guya “kukla” adlandırsalar da, onlar on illər boyunca Azərbaycanın suveren ərazilərində qanunsuz silahlı rejim qurub, beynəlxalq hüququ kobud şəkildə pozaraq bir milyon insanın bədbəxtliyinə bais olmaqla, əslində, “qara mələk” tipindən artıq heç nə deyillər. Bu mənada, separatizmin simaları olmuş bu şəxslər bölgədə etnik nifrət zəminində gərginliyin və zorakılığın əsas səbəbkarları da olmaqla alınlarında işğal, ölüm və işgəncə damğasının da daşıyıcıları olan əsl qara şeytanlardır. Ona görə də Rusiyadakı çirkli biznesini atıb Qarabağda özünə ikinci yuva qurmaq istəyən Ruben Vardanyan və onun pulları ilə özlərini “dövlət adamı” hesab edən Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Davit Babayan, Davit İşxanyan və digər hay tör-töküntülərinin bu gün düşdükləri vəziyyət məhz bu baxımdan xeyirin şər üzərindəki qələbəsinə inananların da ürəyini sərinlədən ibrətamiz bir mənzərədir.
Ermənilər azərbaycanlılara qarşı nifrəti, törətdikləri cinayət və soyqırımı əməlləri, işgəncə və qətlləri ilə öyünüb, bunu törədənləri “qəhrəmanlaşdırıb” milli simvollarına çevirən qorxunc instinktləri ilə seçilməyi çox xoşlayırlar. Tarixboyu babalarından qanlarına hopmuş türk düşmənçiliyi ideologiyasının ənqanlı səhifələri olan Xocalı soyqırımı, Bağanis-Ayrım, Qaradağlı, Ağdaban faciələri bir daha sübut edir ki, “qara mələk”lərin bu əməlləri hansısa səhvlik deyil, separatizmin və terrorizmə dayalı uydurma “böyük Ermənistan” xəstələyinin ən acı sindromlarından biri kimi Azərbaycan xalqının başına gətirilmiş qanlı faciələrdir. Ona görə də bu gün imperialist ambisiyalar və separatçı düşüncələrlə xalqlara fəlakət gətirən digər “qara mələk”lər də fələyin bu acı dərsindən nəticə çıxarmalı, növbəti bir 30 ildən sonra belə bir ədalət məhkəməsinin onlar üçün də qurulacağını indidən baxıb görməlidirlər.
Bəli, tarix təkrarlanır, amma etdikləri qanlı əməllərdən peşman olduqlarını deyərək ədalətdən mərhəmət diləyən “qara mələklər”in bir gün “tövbə” edərək su pəriləri simasında yenidən insanlığa qovuşacağını güman etmək çox sadəlövhlük olardı. Bəşəriyyətin qanlı müharibələr və işğallar tarixi onu göstərir ki, bütün zalımların, onların sələflərinin və ya davamçılarının son aqibəti cəhənnəm qazanında yanmaq, yaxud dənizlərdə balıqlara yem olmaqdır. Bu mənada, erməni xəstəliyinə tutulmuş “qara mələklər”in dənizdən-dənizə olan utopik xəyallarını birdəfəlik cəhənnəmə vasil edən 44 günlük şanlı Vətən müharibəsi isə bundan sonra bir daha heç bir işğalçının Azərbaycan torpağına soxula bilməməsi üçün elə bir “dəmir yumruq” oldu ki, onu nəinki bu gün mühakimə olunan tülkü sifətindəki “qara mələklər”, hətta onların yüz illər sonrakı törəmələri də unutmayacaqlar.
Döyüşdəki biabırçı məğlubiyyətdən hələ də özünə gələ bilməmiş erməni cəmiyyəti bu gün daha biabırçı olan bir revanşizm atəşi içindədir. Azərbaycanın günəş kimi parlaq gücünün qarşısında bir gün qara kölgələr kimi yox olub gedəcəklərini yaxşı bilən bu etnik qrup üzvləri, hətta baş nazirləri ilə görüşdə bir zamanlar azərbaycanlıları qətl etdiklərindən fəxrlə danışır, bununla sanki təsəlli də tapırlar. Ancaq ermənilər unudurlar ki, nə qədər sağa-sola çırpınsalar da, bu dəfə onları nə hind cadugərləri, nə də Paris demonları xilas edə biləcəklər. Çünki əməldə də, xislətdə də onlar da elə qara erməni “mələkləri” kimi çürümüş bir bezin qırağıdırlar. Cır, yandır, at! Yox olub gedəcəklər!
Bu gün haqqın və ədalətin səsi, Azərbaycanın güclü və əyilməz iradəsi qarşısında bütün saxta miflər çökür, ifşa olunub tarixsəhifəsindən silinir. “Qara mələklər”in timsalında bir zamanlar bölgəyə qan, ölüm və zülm gətirən erməni separatizminin artıq nə sığınacaq yeri, nə də üzlərini gizlədə biləcəkləri maskaları qalıb. Çünki, biz susmadıq, unutmadıq, unutdurmadıq.
Dövlət başçımızın da dəfələrlə vurğuladığı kimi, bu 30 illik işğalı heç zaman unutmayacağıq! “Qara mələklər”in hekayəsi bitdi, tarix onların adlarını da öz qaranlıq səhifələrinə yazdı, Azərbaycan isə öz işıqlı yoluna davam edir. Şəhidlərimizin qanı bahasına geri alınan torpaqlarımızda bu gün yalnız sülh və inkişaf vardır.
MİA.AZ
Dövlət Xidmətindən hərbi xidmətə çağırılanlara - Xəbərdarlıq
n İstisu Mineral Su Zavoduna yeni direktor təyin edilib
Əmrə Belözoğlu: "Qalatasaray" çempion olacaq"
Ege dənizində zəlzələ olub - 4.4 bal gücündə
Emin Ağalarovla Eyyub Yaqubov görüşüb - FOTO
Sifətə dolğu vuranları nə gözləyir? - Xəbərdarlıq
QƏBUL İMTAHANI: keçid balı 200 və ondan aşağı olan ixtisasların adları bəlli oldu - SİYAHI
AHİK-də nə baş verir? - Sədr köməkçisini vəzifədən azad etdi
Azərbaycan neftinin qiyməti 66 dollara enib
BMT-nin 50 əməkdaşı saxlanılıb: "İsrail qüvvələri onlardan canlı qalxan kimi istifadə edib..."
Qara mələklər
Ekspertdən partiya sədrinin sözlərinə şərh: "İsfəndiyar Axundovun buna haqqı yoxdur, bu, qeyri-qanunidir”
Yaponiyadan dünya tibb elmində mühüm yenilik - Tibbi imtahandan uğurla keçən süni intellekt hazırlanıb
İsveçdə saç salonuna silahlı hücum: 3 nəfər ölüb, çoxlu yaralı var
Sarıcalı kəndinə daha 158 nəfər köçürülüb
Çempionlar Liqası: PSJ səfərdən qaləbə ilə döndü
Tramp jurnalistlərlə zarafatlaşdı: "Papa olmaq istəyirəm"
Lavrov: "BRICS genişlənəcək"
Rusiya iki ölkənin BMT TŞ üzvü olmasına "yaşıl işıq" yandırdı: “Üçüncü Dünya Müharibəsi ilə bağlı..."
Pakistan ordusu: "Hindistan iddialarının əksinə olaraq, zərrə qədər dəlil təqdim etməyib"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
QƏLBLƏRDƏ YAŞAMAQ SƏADƏTİ QAZANMIŞ ZİYALI
Ruben Vardanyan yenidən hakim qarşısına çıxarıldı (YENİLƏNİB)
Ceyhun Bayramov Küveytə gedib
Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası... - Qayda dəyişdi
BMT Baş katibi: "İsrail Qəzzaya yardımı tamamilə əngəlləyib"
Məşhur cərrah müşavir təyin olunub
"Dost" işçiləri işdən qovub - VİDEO
Partiya sədrinin məhkəməsi təxirə salındı
İlham Əliyev Məhəmməd Yunusu 17-ci Zirvə Toplantısına dəvət edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Hebrondakı İbrahimi məscidinə İsrail bayraqları asılıb - FOTO
Rüfət Səfərovun həbs müddəti uzadıldı
Qəzzada daha 52 nəfər ölüb - Son 24 saatda
Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı yeni qərar verildi
Vüqar Süleymanov azyaşlı futbolçuları yumruqlayıb
İcra başçısının xanım müavini işdən çıxarılıb
Çin 22 nəfər restoranda yanıb