İsraillilər Əl-Əqsa məscidinə növbəti dəfə basqın edib

img

29-04-2025 [12:17]


Bir qrup israilli işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə növbəti hücum təşkil edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA məlumat yayıb.

Bildirilib ki, basqını fanatik yəhudilər İsrail polisinin güclü mühafizəsi altında həyata keçiriblər: "Onlar müsəlmanların müqəddəs Məscidi Əl-Əqsa məscidinin həyətində qrup halında təxribat xarakterli hərəkətlər edib, Qaya günbəzinin qarşısında “Talmudik” ayinlərini icra ediblər. Bu müddət ərzində isə İsrail polisi Şərqi Qüdsün girişlərində və Məscidül-Əqsa qapılarında fələstinlilərin girməsinə mane olublar".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA