Əbülfəz Babayevlə bağlı sensasion məhkəmə işi: "O, məni qaynımdan şikayətə təhrik elədi, aldandım"
29-04-2025 [09:32]
“Olympus” şirkətlər qrupunun təsisçisi Əbülfəz Babayevin külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyənlər – Əliyar Abbasov, Ümüd Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynovanın cinayət işinin növbəti məhkəmə hazırlıq iclası keçirilib.
Mia.az Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əliyar Abbasovun həyat yoldaşı Sevinc Abbasova şahid qismində dindirilib.
Şahid Sevinc Abbasova təqsirləndirilən Əliyar Abbasovun həyat yoldaşı olduğunu vurğulayaraq, təqsirləndirilənlərdən Ümüd Abbasovun isə onun qaynı olduğunu deyib. Proses ilkin olaraq vəkillərin şahidə qaynı Ümüdlə aralarındakı insidentlə bağlı polisə məlumat verməsi ilə bağlı suallarla başlayıb.
Şahidin sualları cavablandırdığı zaman məlum olub ki, onu qaynı ilə bağlı şikayət etməsinə zərərçəkən iş adamı Əbülfəz Babayev təhrik edib. İş adamı ilə onun əlaqələrinə gəlincə isə məlum olub ki, bu tanışlıq Sevinc Abbasovanın şəxsi təşəbbüsü ilə alınıb. Belə bir təşəbbüsün yaranması isə təqsirləndirilən Əliyar Abbasovun bahalı avtomobillər alması və ailədaxili qısqanclıq zəminində müəyyən şübhələrin ortaya çıxmasından irəli gəlib.
Təqsirləndirilənin həyat yoldaşı ifadəsində deyir: “Mən Əliyarla 18 ildir ailəliyəm. Bu ailədə olduğum müddətdə həmişə mal-qara ilə məşğul olublar. Orta səviyyədə yaşamışıq. Yoldaşım dəllallıq edirdi. Onun birdən-birə imkan əldə etməsi məndə şübhə yaratdı. Sonra bildim ki, Əbülfəz adlı şəxslə oturub-durur. Ona görə də, Əbülfəzi axtarıb tapdım, görüsdüm ki, yoldaşımdan əl çəksin. Bilirdim ki, bu pulların sonu yaxşı olmayacaq, elə də oldu”.
Vəkillərin şahidə suallarından bəlli olub ki, təqsirləndirilən Əliyar Abbasovun həyat yoldaşı milyonçu iş adamı Əbülfəz Babayevlə görüşdükdən sonra iş adamı onunla söhbət etmək üçün onu Sumqayıtdakı kafelərdən birinə dəvət edib. Kafedə bu barədə söhbət edərkən, yanındakı digər bir şəxsi də təqdim edərək, həmin adamın vəkil olduğunu deyib.
“Həmin o vəkil dediyi şəxsi sonradan mən müstəntiq olaraq gördüm. İzahatımı alırdı. Əbülfəz müəllimlə mən görüşəndə qaynım Ümüdlə aramızdakı insidenti bildi və mənə bildirdi ki, Ümüdün əleyhinə zəng edib “102” xidmətinə şikayət edim. Mən də onun dediyinə aldanıb zəng etdim, Ümüdlə aramda olan mübahisə ilə bağlı şikayət etdim”.
Zərərçəkənin vəkilinin əvvəllər mənsub olduqları mülklərlə bağlı şahidə verdiyi suallar onun təqsirləndirilən həyat yoldaşı Əliyar Abbasovun hiddətinə səbəb olub. O, prosesdə vəkilə nalayiq ifadələr işlədərək onu təhdid edib.
Təqsirləndirilənin bu hərəkəti isə hakimin göstərişi ilə onun prosesdən müvəqqəti uzaqlaşdırılması ilə nəticələnib.
Şahidin məhkəmədəki ifadələrində müəyyən ziddiyyətlər yarandığından onun ibtidai istintaqdakı ifadəsi prosesdə elan edilib.
Sevinc Abbasovanın ibtidai istintaqdakı ifadəsindən daha sonra məlum olub ki, o, bütün ifadələrini həyat yoldaşının əleyhinə verib. O, ifadəsi zamanı deyib ki, Əliyar Abbasovun Xəyalə adlı xanımla evlənməsini (hazırda Xəyalə Hüseynova da təqsirləndirilir) “TikTok” sosial şəbəkəsindən xəbər tutub. Həmin xanımın paylaşımlarından bilib ki, evləndiyi şəxs onun həyat yoldaşıdır. Sevinc Abbasovanın ibtidai istintaqdakı ifadələrinin elanı zamanı o da məlum olub ki, bundan əvvəllər də digər evliliyi olub. Həmin xanımın isə sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın qohumlarından olduğu bildirilir.
Şahid ibtidai istintaqa verdiyi ifadələrlə bağlı bir çox epizodlardan xəbərinin olmadığını bildirərək, hazır sənədlərə imza atdığını deyib.
Təqsirləndirilənlərdən Xəyalə Hüseynova, Ümüd Abbasov və Məhərrəm İbrahimlinin vəkilləri müvəkkilləri barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət təqdim ediblər. Müşavirədən sonra vəsatətlər əsassız hesab edilərək qəbul olunmayıb.
Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Əbülfəz Babayev “Olympus” şirkətlər qrupunun təsisçisidir. Bakı-Şamaxı yolunda “Lukoil” yanacaqdoldurma məntəqəsinin sahibidir. Həmçinin bir çox tikinti layihələrində təsis payı var. İttihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olub zərərçəkənin 2 milyon 500 min manat pulunu ələ keçirib dələduzluq ediblər.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə), 193-1.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Onu da qeyd edək ki, mübahisə predmeti olan mülklərdən biri hazırda ARB telekanalının fəaliyyət göstərdiyi Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən binasıdır.
MİA.AZ
Sabah yağış yağacaq
Qeyri-Hökumət Təşkilatları Şuşada toplaşıb - FOTO
Göygöldə ər-aravdı maşın vurub
Ramiz Mehdiyevin ailə üzvləri də dindirilib? - Yeni iddia yayıldı
"Neftçi" klubu məşhur hücumçu ilə anlaşıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qoy hər kəs bilsin: mən Zahid Oruc o böhtanlara əsas verəcək bircə əməlin sahibi deyiləm" - STM rəhbəri açıqlama yaydı
RAMİZ MEHDİYEV – NANKORLUQ VƏ XƏYANƏT ANATOMİYASI : Onun planında kimlər olub? + ŞOK ADLAR
Prezident İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul etdi - MÜZAKİRƏ + FOTOLAR
Akademiyanın 86 minlik tenderi ləğv olunub
Romada muğam konserti təşkil edilib - FOTOTLAR
Azercell “CyberCell Hackathon”a start verir
Rusiyalı bloqer Türkiyədə evində ölü tapıldı - Axtarışa verilmişdi
Gürcüstanın sabiq baş naziri, DTX-nin keçmiş rəhbəri, keçmiş baş prokuror... - Onların evində böyük pullar aşkarlandı
Qızı da atası kimi villasına adını həkk etdirib - FOTOLAR
İLHAM ƏLİYEV RAMİZ MEHDİYEVLƏ BAĞLI SƏRƏNCAM İMZALADI - Təhlükəzlik Şurasından yola salındı
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb - Mehriban Əliyeva tədbirdə + FOTOLAR
Prezident İlham Əliyev “Kazinform”a müsahibə verib: "Xəzərin su səviyyəsi sürətlə azalır və..."
Azərbaycan neftinin qiyməti 62 dollara düşüb
“AzərTac” Ramiz Mehdiyevi boz kardinal elan etməklə nə məqsəd güdür?
"Mənim gəlinim aydan arı, sudan durudur" - Tovuzdakı dəhşətli ailə dramı haqda süjet (VİDEO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
Orkun Kökçü "Beşiktaş"ın kapitanı oldu
Zelenski Ağ Evdə: "NATO ən yaxşısıdır, lakin silahlar da çox vacibdir" - Tramp isə...
Hakan Fidan suriyalı həmkarı ilə müzakirə aparıb
Keçmiş aparıcı mətbuat katbi təyin olunub
Mehdiyev hakimiyyəti ələ keçirsəydi… - TƏHLİL
"Fənərbağça" prezidenti futbolçuları bağışlayıb
GƏLƏN İLİN BÜDCƏSİ MM-ə GÖNDƏRİLDİ - 38.9 milyardlıq gəlir və...
Mehriban Əliyeva Roma Papası ilə görüşdə: "Müqəddəs Taxt-Tacla əməkdaşlığı genişləndirəcəyik" - FOTOLAR
DAHA BİR ÖLKƏDƏ SƏFİRLİYİMİZ OLACAQ - Sərəncam
Prezident İlham Əliyev fərman imzalayıb
Daxili İşlər Nazirliyində kollegiya iclası: nazir rəisləri topladı, konkret tapşırıqlar verdi - FOTO
Türkiyə Qambiyanın enerji strukturunu quracaq
Azərbaycan millisi bir pillə irəliləyib
Ərdoğan iki bələdiyyə sədrindən imtina etdi: "Bizə lazım deyillər"
Şabranda məktəbdə qadın bıçaqlanıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Selçuk İnan: ""Konyaspor" məğlubedilməz deyil"
Ramiz Mehdiyev bu villasındadır - FOTOLAR