Bahar Muradovanın rəhbərlik etdiyi komitə yoxlanılır - Tenderlərlə bağlı...

Bahar Muradovanın rəhbərlik etdiyi komitə yoxlanılır - Tenderlərlə bağlı...

İQTİSADİYYAT

27.04.2025, 12:34

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Hesablama Palatası yoxlama aparır. 

Mia.az gununsesi.info-ya istinadla xəbər verir ki, yoxlama əsas etibarilə satınalma xidmətləri ilə bağlı təsdiq olunan tenderlərlə bağlıdır.

Məsələ ilə bağlı Hesablama Palatasından sayta  bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatasına 2025-ci il 24 aprel tarixində Ajans.az tərəfindən daxil olmuş informasiya sorğusuna “informasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılmışdır. Sorğunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Hesablama Palatasının 06.12.2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş Planına əsasən 2025-ci ilin 21 aprel tarixindən etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə konsolidə olunmuş maliyyə hesabatlarının auditi keçirilir və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.

Xatırladaq ki, bu il fevral ayının 13-də “Bahar Muradovanın rəhbərlik etdiyi Komitə “Ukrayna Ticarət Evi” ilə 4 milyodan çox vəsait xərcləyəcək” başlıqlı yazı təqdim etmişdik. Yazıda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin “Ukrayna Ticarət Evi” Məhdud Məsuliyyətli Cəmiyyətlə birgə 1 milyon 853 min azn-dən yuxarı vəsait hesabına “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət planının 2025-ci il üçün öhdəlikdə olan müvafiq tədbirlərin təşkili xidmətləri” istiqamətində işlər görməsi qeyd olunmuşdu.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR