Netanyahu və İran prezidentinin Azərbaycana səfəri... - TƏHLİL
24-04-2025 [16:47]
“İsrael Hayom” saytı məlumat yayıb ki, Baş nazir Benyamin Netanyahu tezliklə Azərbaycana səfər edəcək.
Hələlik bu, iddiadır, rəsmi təsdiqi yoxdur, lakin doğruluq payı az deyil. Belə bir səfərlə bağlı iddianın məhz indi ortaya atılması təsadüfi deyil.
Məsələ ondadır ki, Netanyahunun tezliklə Azərbaycana səfər etməsi iddiası İran Prezidenti Məsud Pezeşkian Bakıya səfəri xəbərindən qısa müddət sonra ortaya çıxdı.
Yeri gəlmişkən, “Tasnim” yazıb ki, Pezeşkian Azərbaycana aprelin 28-də gələcək. Netanyahu Azərbaycana səfər edəcəksə, böyük ehtimal bu, Pezeşkianın səfərindən qısa müddət sonra baş tutacaq.
Ümumiyyətlə, son zamanlar həm Azərbaycan, həm də İran rəsmilərinin qarşılıqlı səfərləri artıb. Tehran Bakı ilə gərginliyi aradan qaldırıb, münasibətləri normallaşdırmaq istəyir. Təl-Əvivi isə Tehranla Bakı arasında münasibətlərin normallaşması düşündürür.
İsrail yaxşı bilir ki, Bakı və Tehran müharibə etməyəcək, amma diplomatik təmasların olmaması, gərginliyin davamlı olması iqtisadi-siyasi münasibətləri pisləşdirir. Digər tərəfdən, İran Azərbaycan üzərindən həm Avropa bazarına çıxa bilir, həm də şimal-cənub nəqliyyat dəhlizindən istifadə edir. Yəni Bakı-Tehran gərginliyi İrana əslində böyük iqtisadi zərbədir.
Azərbaycan dəfələrlə İsrail və İran arasında tərəf tutmağa məcbur qalıb, lakin heç vaxt balansı pozmayıb. Hətta İranla gərginliyin pik həddində belə Bakı Tehrana qarşı fəaliyyətdə olmayıb.
Bakı bir tərəfi müdafiə etməkdənsə, balansı qoruyub tərəfləri uzlaşdırmağa çalışır. Misal üçün qısa zaman öncə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İsrailə, Azərbaycan Baş naziri Əli Əsədovun isə İrana səfər etməsi buna bariz nümunədir.
Bakı prosesləri müşahidə edir, risk faktorlarını dəyərləndirir. İndiki məqamda İranla İsrail arasında gərginliyin olması, ya da sərhədyanı bir ölkənin total müharibəyə girməsi Bakının maraqlarına uyğun deyil. Bu məqamda Bakı həm də tərəflərin bir-birinə yanaşmasını, xüsusilə Təl-Əvivin atacağı addımları müəyyən etməyə çalışır.
Azərbaycan Türkiyə-İsrail arasında uğurlu diplomatik təmas yaradıb. Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxış zamanı Türkiyə ilə İsrailin barışmasında ilk dəfə ölkəmizin vasitəçilik etdiyini vurğuladı. Bu təmasların ən böyük nəticəsinə isə qısa müddət öncə nail olundu: Türkiyə və İsrail arasında Bakıda keçirilən görüşdə tərəflər Suriyada gərginliyin azaldılması üçün mexanizm yaradılması barədə razılığa gəldilər. Fikrimcə, Bakı Türkiyə-İsrail arasında yaratdığı diplomatik təmasları indi İran-İsrail arasında yaratmağa cəhd edir.
Lakin bu da bir reallıqdır ki, Təl-Əviv Tehranın üzləşdiyi mövcud vəziyyəti tarixi fürsət kimi dəyərləndirir. İsrailin əsas məqsədi İranı gərginliyə sürükləyərək, daha sonra İraqda olduğu kimi beynəlxalq koalisiyanın müdaxiləsini təmin etməkdir. Məhz bu səbəbdən Bakının budəfəki missiyası son dərəcə mürəkkəbdir.
Turan Rzayev
MİA.AZ
RƏSMİ MOSKVADAN BAKI, YEREVAN VƏ VAŞİNQTONA MESAJ: “Heç bir təhdid..." - “NATO Cənubi Qafqazda güclənməyə çalışır”
FED 32 il sonra tarixi qərara imza atdı
Xəyalə Rəis Baş redaktor vəzifəsindən getdi
Çempionlar Liqası: “Qarabağ” mərhələ adlayıb
ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon Şəhidlər xiyabanıda - FOTO
İmişli rayon təhsil sektoruna yeni müdir təyin olunub
Qəzzada 7 nəfər aclıqdan ölüb - Son 24 saatda
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp Hindistanı "qaraladı": "25 faizlik gömrük rüsumu ödəyəcəklər"
"Kontakhome"da dərəbəylik: 630 manata alınan telefon sənəddə necə 1052 manata qaldırılıb?
Qurban Qurbanov Mia.az-ın sualına cavab verir: "Mən o atmacaya cavab vermək istəmirəm" - VİDEO
Vilayət Eyvazov 454 nəfəri qəbul etdi, 297 nəfəri isə... - Nazir yeni tapşırıqlar verdi (VİDEO, FOTOLAR)
Daha bir Dövlət Agentliyində korrupsiya faktları üzə çıxdı - Rəsmi yoxlamanın nəticələri...
İSTİLİK XİDMƏTİ BAHALAŞDI - Tarif Şurası qərar verdi
Bloger Qabil Məmmədova qiyabi hökm oxunub - 24 maddə üzrə
DÖVLƏT AGENTLİYİNDƏ YOXLAMA: milyonlarla manat hara xərclənib?
"O, çox bacarıqlı idi..." - Emin Ağalarovun anası + VİDEO
Azərbaycan diasporunun rəhbəri axtarışa verildi
"Artıq bir neçə abituriyentdən izahat alınıb, onlar istintaqa cəlb ediliblər" - İmtahanlarda fırıldaqçılıq işi böyüyür
Müğənni Dəniz Əsədova həbsdə qaldı - Hakim şikayətə "yox" dedi
Elçin Məsiyev UEFA-dan təyinat alıb
Qvatemalada zəlzələ... - Ölən var
Prezident Komitəyə 10,5 milyon manat ayırıb - Sərəncam
Luiz Diaz "Bavariya"ya transfer olub
"Göztəpə" braziliyalı sağ cinah müdafiəçisi ilə anlaşıb
"Real Madrid"in yeni 10 nömrəsi bəlli olub
Sunami Kaliforniya sahillərinə çatıb
"Beşiktaş" Taha Şahinə "elçi" düşüb
"Fortaleza" Keny Arroyo ilə danışıqlara başlayıb
"Beşiktaş" Qvido Rodriges ilə maraqlanır
Viktor Osimhen İstanbula gəlir
Tramp Alyaska, Havay və ABŞ-nin Sakit okean sahilində sunami təhlükəsi barədə xəbərdarlıq edib
Sabahın hava proqnozu açıqlanıb
Yaponiyada sunaminin maksimum hündürlüyü qeydə alınıb
"Əl Nassr" Coa Feliks ilə anlaşıb
"Beşiktaş" "Spartak Moskva" ilə danışıqlara başlayıb
Rey Manay "Əl-Şarja"ya transfer olub
Xaricdə oxumuş daha 46 nəfərin diplomu tanınmadı
Barış Alper Yılmaz imza atdı
Prezident İlham Əliyev VI Məhəmmədə məktub göndərib - MƏTN
Dövlət sərhədinin pozulmasının qarşısı alınıb
Azərbaycan nefti bahalaşıb