İŞBAZLARIN HİYLƏSİ: Bakıda böyük söküntü başlayır - Ucuz alınan evlərin yerində tikilən binalardakı mənzillər niyə 2-3 dəfə baha satılır?
24-04-2025 [09:31]
Bakı şəhərinin yeni baş planı paytaxt ərazisində bir sıra yerlərdə bina və fərdi evlərin sökülməsini nəzərdə tutur.
Baş plana əsasən Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində ilk növbədə Yasamal rayonunda “Sovetski”nin növbəti hissəsi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ətrafı (sağ istiqamətdə), Nizami küçəsi ilə Təzəpir məscidi arasındakı ərazilərdəki köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri söküləcək, köçürüləcək sakinlərə müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək. Eyni zamanda Bakının Sabunçu, Nəsimi, Xətai, Nərimanov və digər rayonlarında istismar müddəti başa çatmış, qəzalı vəziyyətdəki binalar, evlər, qeyri-yaşayış obyektləri söküləcək (APA).
Təcrübə göstərir ki, hər dəfə belə söküntü layihələri icra olunarkən söküləsi bina və fərdi ev sahiblərinin hüquqları pozulur, onlar tikinti şirkətləri tərəfindən müxtəlif təzyiq və hücumlara məruz qalırlar. Müxtəlif dövlət orqanları ilə əlbir olan tikinti şirkətləri mənzillərə görə sakinlərə ərazidəki real qiymətdən xeyli aşağı məbləğ təklif edirlər. Bu zaman əsasən Nazirlər Kabinetinin Qış bulvarının ərazisindəki söküntülər zamanı müəyyən etdiyi müvəqqəti qiymətlərdən istifadə olunur. Həmin qiymətlər mülkiyyətçilərə hər kvadratmetr üçün 1500 manat kompensasiyanın verilməsini nəzərdə tuturdu. Bir layihə üçün müəyyən olunan bu qiyməti tikinti şirkətləri hər yerdə əsas kimi götürərək məhkəmə və digər dövlət qurumlarının dəstəyi ilə vətəndaşları onunla razılaşmağa məcbur etmək üçün müxtəlif yollara əl atırlar. Qısa müddət öncə tikinti şirkətinin təklif etdiyi qiymətlə razılaşmayan ailənin evinin buldozer tərəfindən necə dağıdıldığını əks etdirən kadrlar bütün ölkəni silkələmişdi. Təəssüflər olsun ki, indiyədək yüzlərlə belə hadisə olsa da, evi başına uçurulan, dəyərindən bir neçə dəfə aşağı qiymətə əlindən alınan vətəndaşın səsini eşidən olmayıb.
Tikinti şirkətlərinin kvadratmetrini 1500-2000 manata aldıqları ərazilərdə tikilən binalarda bu qiymət 4-5 min manata qədər çatır. Ekspertlərə görə, tikinti şirkətlərinin xərcləri yalnız vətəndaşlardan evləri almaqla bitmir: ərazinin tikintiyə hazırlanması, müvafiq icazələrin alınması, layihələndirmə və sair proseslər şirkətlərin rəsmi və qeyri-rəsmi xərclərini kəskin artırır. Bu xərclərin hamısı isə sonda təklif olunan kvadratmetrlərin qiymətinə əlavə edilir.
Hüquqşünas Əkrəm Həsənova görə, Azərbaycanda tikinti biznesi (çoxmərtəbəli yaşayış binalarının tikintisi) dərəbəyliyin hökm sürdüyü ən böyük sahədir: ""Dövlət-özəl tərəfdaşlığı" bizdə varsa, əsasən elə bu sahədədir. Amma bu tərəfdaşlıq mənfi mənadadır. Məmurlar da qazanır, tikinti işbazları da. İtirən isə ölkəmiz və vətəndaşlarımızdır. Çoxları bu sahənin necə işlədiyini bilmir. Məsələ burasındadır ki, bizdə tikinti işi ilə peşəkarlar, yaxud kifayət qədər vəsaiti olan şəxslər deyil, sadəcə, əlində bir neçə yüz mini olan işbazlar məşğul olur. Hamı pulunu harasa qoyub qısa müddətdə böyük qazanc götürmək istəyir. Tikinti sahəsi də ən uyğunudur.
Deməli, proses təxminən belə olur: bir-iki nəfər fürsətçinin gözü düşür hansısa köhnə yaşayış binasına - orada yeni bina tikmək istəyirlər. Öyrənirlər ki, şəhər icra hakimiyyətindən (ŞİH) ilkin razılığın alınmasına nə qədər vəsait lazımdır. Sonra başlayırlar ətraflarına şəriklər toplamağa. Tutaq ki, 10 nəfər olurlar, hərəsi 500 min pul qoyur. Deməli, əllərində 5 milyon manat var: bu pulla bina tikmək olmaz, xüsusilə məmurlara ödənilən böyük rüşvətlər fonunda. Buna görə də “maliyyə piramidası” işə düşür.
ŞİH pərdəarxası anlaşma əsasında qanunsuz olaraq sərəncam verib, işbazların gözü düşən köhnə binanın altındakı torpağı bu on nəfərin yaratdığı hansısa “Evyıxan” MTK-nın istifadəsinə verir (sərəncam ona görə qanunsuzdur ki, binanın altındakı torpaq oradakı sakinlərin istifadəsindədir və başqasının istifadəsinə verilə bilməz). Sərəncamda gözdən pərdə asmaq üçün qeyd olunur ki, MTK sakinlərlə razılığa gəlməlidir (yeri gəlmişkən, bu məqamda tikiləcək binanın heç təsdiqli layihəsi də olmur: tam özbaşınalıqdır). Amma təbii ki, razılığa gəlinmir: sakinlərin böyük hissəsi çıxmaq istəmir. MTK həyasızcasına hüquq-mühafizə orqanlarının, icra məmurlarının və məhkəmələrin əli ilə binanı qanunsuz olaraq sökür (guya bina qəzalıdır), sakinləri oradan qovur və söz verir ki, hər ay kirayə haqqı ödəyəcək, yekunda isə onlara yeni binada mənzil verəcək".
Ekspert bildirir ki, bütün bunları qanuni yolla da etmək olar: “Belə ki, torpağı dövlətdən alaraq tikiləcək binadakı mənzilləri qabaqcadan qeydiyyata aldıraraq gələcək mülkiyyətçilərinə vermək olar, amma etmirlər. Çünki bu halda pul məmurların cibinə deyil, büdcəyə gələcək, bu isə heç kəsə sərf etmir. Buna görə də keçmiş sakinlərlə dəyəri üzərində yazıldığı kağızdan çox olmayan müqavilələr bağlanır (bir müddətdən sonra heç kirayə haqqı da ödəmirlər). Onlar qovulduqdan sonra isə başlayırlar reklam kampaniyasına ki, kim indi buradan mənzil alsa, ona ucuz başa gələcək. Camaat da başlayır əksər hallarda heç normal təsdiqli layihəsi olmayan tikiləcək binadan mənzil almağa və heç bir hüquqi qüvvəsi olmayan müqavilə müqabilində bu işbazlara pul ödəməyə.
Elə ki, pul axını başlayır, şəriklər ilk növbədə çalışırlar ki, tikinti ilə yanaşı mayalarını çıxarsınlar. Axın güclü olduqda bina nisbətən tez (amma yenə də söz verildiyi müddətdən gec) tikilir. Əks halda, proses uzanır, çünki şəriklər gələn pulun başına daş salırlar. Sonra pul çatmır və başlayırlar bir mənzili bir neçə dəfə satmağa. Bütün bunları fiktiv direktor edir ki, axırda cinayət məsuliyyətinə də o cəlb olunsun. Bu arada ev tikilsə belə (bəzən heç tikilib bitirilmir və ya bəyan edildiyindən az mənzil olur), həm şəriklər arasında dava düşür (kimsə daha çox pul yeyir və s.), həm də bir mənzili bir neçə dəfə almış şəxslərlə MTK arasında. Hələ sökülmüş binanın sakinlərini demirəm. Yekunda direktoru həbs edirlər, pulunu itirmiş vətəndaşlara isə deyirlər ki, günahkar cəzasını aldı, pulunuz isə batdı. Ara yerdə məmurlar da işbazlardan yenə pul qoparır.
Yekunda mənzil yiyəsi olanlar sevinir ki, bəxtləri gətirdi (bəzən həmin şəxslər elə şəriklərin adamı olur: onların adına yekunda arxa tarixlə müqavilə düz-qoş edirlər və onlar da vicdanlı mənzil alanların üzünə durur ki, sizdən əvvəl almışam, mənzil mənimdir). Baxmayaraq ki, bina nəinki standartlara cavab vermir və xeyli problemi var, hətta mənzillərin sahəsi də bəyan edildiyi sahədən az olur.
Şəriklər tikilmiş binadan da əllərini çəkmirlər. Baxmayaraq ki, qanuna görə binanı mənzil mülkiyyətçiləri idarə etməlidir, MTK idarəetməni əldən vermir ki, əlavə gəlir götürsün. Bina üçün heç bir iş görmədən sakinlərdən pul yığırlar. Hətta ölkənin ən nüfuzlu tikinti şirkətləri (ən tanınmış holdinqlər) həyasızcasına mənzil alqı-satqısı müqaviləsinə bənd daxil edirlər ki, binanı tikəndən sonra da idarəetməni biz həyata keçirəcəyəik. Göz doymur axı! Yəni bu tanınmış holdinqlər, əlbəttə, yuxarıda qeyd etdiyim bütün bu özbaşınalıqları etmirlər, amma inhisarçı mövqelərindən sui-istifadə edərək mənzilləri çox baha satırlar və hər bir halda sonrakı idarəetməni də sakinlərə sırıyırlar.
Beləliklə, yekunda qazanan korrupsioner məmurlar və tikinti işbazları (şəriklər) olur. Fiktiv direktor da bir neçə il kurort şəraitində həbsxanada cəzasını çəkib çıxır. Ən böyük zərərçəkənlər isə əvvəlki binada mənzilini itirənlər və yeni binada mənzil üçün pul verib mənzil ala bilməyənlərdir.
Mənzil əldə edənləri də udmuş tərəf saymaq olmaz. Çünki bina keyfiyyətsizdir (şəhərin özünün infrastrukturunun bərbad olması başqa söhbətdir - yağış zamanı görürük), mənzilin sahəsi azdır, idarəetmə elə bu işbazların əlindədir və s.
Üstəlik, mənzili yaşamaq üçün deyil, guya sərmayə üçün alanlar ən acınacaqlı vəziyyətdədir. Çünki Azərbaycanda tikinti maliyyə piramidasıdır. Məmurlar və işbazlar əhalidən pul çıxarmaq üçün dayanmadan tikir və mənzilləri baha satır. Əhalinin pulu isə azala-azala gedir. Bizi yaxın 10 ildə gözləyən iqtisadi daralma nəticəsində daşınmaz əmlakın qiyməti guppultu ilə düşəcək. Və onda bu bərbad infrastrukturlu şəhərdə keyfiyyətsiz binalarda real dəyərindən qat-qat çox pul ödəmiş mənzil sahibləri dizinə döyəcək"...
Dünya SAKİT,
“Yeni Müsavat”
Naxçıvanda kütləvi zəhərlənmə olub - Dönərdən (YENİLƏNİB)
"...Putin müharibədə hec cür qalib gələ bilməz" - Zelenski
“Əhmədli Pərviz” saxlanılıdı - FOTOLAR
Abbas Abbasovun nəvəsi İstanbulda evləndi - Röya, Xəyyam və daha kimlər toya qatılıb? (VİDEO)
Hərbi qulluqçu vəfat edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Rektorun kürəkəninə bu qurumda yüksək vəzifə verildi
Bakıda dəhşətli qəza: 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb - VİDEO
Sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları dəyişib - DİN-dən qərar
İlham Əliyevlə Pakistanin Baş naziri arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
Sabah Bakıda yağış yağacaq, rayonlarda isə...
Xırdalanda obyektlər Heydər parkını sürətlə "işğal" edib: bəs camaat neyləsin? - Ekspert həyəcan təbili çalır
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
Jurnalist komitənin "tədbir siyahısı"na etiraz etdi: "Sahəyə aid olmayan QHT-lər..." - "Məqsəd nədir, təbii ki, pul silməkdir"
Azaraq Azərbaycan ərazisinə keçən iki yeniyetmə erməni geri verilib
45 yaşlı qadının meyiti yaşadığı evdə aşkarlanıb
Tovuzda dəhşətli ailə dramı: oğul anasını öldürdü, bacısıını isə...
Bayram namazı qılınıb
Gəncədə 15 yaşlı uşaq azyaşlını bıçaqlayıb
Şamaxıda 3,2 maqnitudalı zəlzələ olub
Bu gün Azərbaycanda Qurban bayramıdır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“150 ilin söhbəti” kitabı işıq üzü görüb
Buraxılış imtahanının nəticələri elan olunub
Toyda döyülən şəxs ölüb
"İnter" klubu yarımmüdafiəni transfer edib
İnzaqi "Əl-Hilal" klubu ilə müqavilə imzalayıb
Türkiyədə biznesmen güllələndi - Küçənin ortasında (FOTO)
Donald Tramp və Çin lideri telefonda müzakirə aparıblar
Qəzzada savaş: 18 fələstinli həlak olub
Məhkəmə işi: Oleq Bakinskiyə nə qədər cəza tələb olunub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank beş günlük məzənnəni açıqladı
Ölkədən çıxışına qadağa qoyulanlara SMS göndəriləcək
“Sea Breeze”nin həyətində çayxana tikiləcək
Şimali Koreya lideri: "Biz bütün gücümüzlə Rusiyanın yanındayıq"
Pirquluda zəlzələ olub
Qazaxda ağır qəza: cinayət işi açılıb
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Sabahdan Bakıda leysan olacaq - Xəbərdarlıq
HƏKİM XƏSTƏNİN ÇILPAQ GÖRÜNTÜSÜNÜ YAYDI: "Oturub izləyirəm ki, bir az da məşhurlaşım" - Rəsmi araşdırma başladı VİDEO (Yenilənib)
Yeni təyin olunan hakimlər and içiblər - FOTO
Qəzzada daha 3 jurnalist həlak olub
PKK terrorçuları təslim olub
"Artıq dörd aydır həbsdəyəm, heç kimim, yanıma gələn də yoxdur"
"Şərurlu İsfəndiyar" hakim qarşısında: 40-a yaxın məhkəmə işi var - "Sənin atanla həyat yoldaşın məni niyə məhkəməyə verib?"
Məhkəmə işi: "Zeynal Usubovla dost olmuşam, ortaq biznesimiz olub"