Filippində zəlzələ olub - 6,2 bal gücündə 

img

22-04-2025 [15:58]


Filippin sahillərində güclü zəlzələ baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətindən (USGS) bildirilib.

Qeyd edilib ki, ölkənin cənubundakı Mindanao bölgəsinin sahillərində, İndoneziyanın Şimali Sulavesi əyalətindəki Talaud adaları yaxınlığında 6,2 bal gücündə zəlzələ olub: "Təxminən 117 kilometr dərinlikdə qeydə alınan 6,2 bal gücündə zəlzələdə ölüm olmayıb".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR