Təyyarəni qaçırmaq istəyən şəxs güllələnib - Yaralılar var

img

18-04-2025 [10:47]


Karib hövzəsindəki kiçik Belizdə təyyarəni qaçırmağa çalışan şxəs öldürülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, təyyarəni bıçaqla qaçırmağa cəhd edən ABŞ vətəndaşı olub.

O, sərnişin tərəfindən vurularaq öldürülüb.

Bu barədə Beliz polis rəisi Çester Uilyams hadisə ilə bağlı jurnalistlərə bildirib ki, ABŞ vətəndaşı Akinyela Taylor bıçaqla Tropic Air təyyarəsini qaçırmağa cəhd edərkən, onu təyyarədə olan sərnişinlərdənbiri güllələyib: "Taylor təyyarə havada olarkən bıçaq çəkib və təyyarənin xaricə yönlənməsini tələb edib. Kiçiktutmlu, təyyarədə olan 14 sərnişin və 2 ekipaj üzvü onu sakitləşdirməyə çalışsa da, alınmayıb. Əksinə, o, üç sərnişini bıçaqlayıb. Bundan sonra sərnişinlərdən biri üzərində olan silahla onu vuraraq zərərsizləşdirib. Daha sonra isə təyyarə təhlükəsiz yerə enib. Yaralılar xəstəxanaya aparılıblar..."

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:45 19.04.2025

Sabah yağış yağacaq