Prezident hərbi qeydiyyatdan yayınanlarla bağlı qanunu təsdiqlədi - Cəzalanacaqlar
17-04-2025 [17:09]
Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat məbləğində cərimələnəcək.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə cərimənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir.
Daha bir dəyişikliklə, çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək (hazırda 80-150) məbləğdə, hüquqi şəxslər 600 manatdan 800 manatadək (hazırda 200-400) məbləğdə cərimə ediləcək.
Bundan başqa, vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni, vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə cərimənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir.
Eyni zamanda çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunacaq.
Həmçinin hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimə məbləği 50 manatdan 200 manata artırılır.
İXM-yə təklif olunan daha bir dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə cərimə məbləği 400 manatdan 600 manatadək (hazırda 200-300) artırılması nəzərdə tutulur.
Həmçinin dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə isə 500 manatdan 700 manatadək (hazırda 250-350) cərimə olacaq.
Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavə veriləcək.
Türkiyədə qazın qiyməti qalxdı - 25 faizə yaxın
Azərbaycan diasporunun rəhbəri Rusiyada küçədə həbs edildi - Yerə yıxaraq... (VİDEO, FOTO)
Bu gün Azərbaycan Polisi yaranmasından 107 il ötür
"Jurnalistlərin binası"nda qaz problemi yaranıb - "Azəriqaz" isə şikayətləri "qulaqardı"na vurur
"Beşiktaş"ın yeni transferi İstanbula gəlib
"Arsenal" qapıçı transfer edib
Sabiq prezident fırıldaqla üzləşib - AÇIQLAMA
"Barselona" oyunçusunu icarəyə verib
Milli Məclis bəyanat yayıb
Məşhur aktyor saxlanılıb
Ərdoğan Tatarıstan prezidenti ilə qapalı görüş keçirib - FOTO
Sədr müavini istefa verdi
AHİK qaynayır: Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir?
Türkiyəli məmurları "topa tutan" şəxs türmədən çıxan kimi öldü
CHP-nın "alınmaz qalası"nda əməliyyat - Təşkilat sədri və bələdiyyə mənsubları saxlanıldı
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
Zelenski Əliyevə zəng edib
Əfqanıstanın yeni səfiri Moskvaya gedib
"Sputnik Azərbaycan" işi: saxlanılan şəxslər barəsində qərar verildi
Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb
Sabahdan külək güclənəcək
Prezident yeni cəzaları təsdiqləyib
Sabahdan rayonlara leysan yağacaq
Məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Azərbaycan və Şimali Makedoniyanın diplomatik pasport sahibləri vizadan azad edilib
Rezidenturaya qəbul imtahanının ikinci cəhdinin nəticələri açıqlanıb
Təkrar sertifikatlaşdırma: 2300-dən çox müəllim işdən çıxarıldı
Kinostudiyasının ərazisində zərərsizləşdirmə aparılır
Kreml Ermənistanı Qərbə istiqamətlənməkdə ittiham edib
DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Rusiya XİN: ""3+3" formatını Cənubi Qafqazda qarşılıqlı əlaqələrin artırılması üçün vacib hesab edirik"
Paşinyan II Qareginin istefasını tələb edib
Gürcüstanın müvəqqəti işlər vəkili Böyük Britaniya XİN-ə çağırılıb
Baş prokuror Səfərov qardaşlarının öldürülməsi faktı ilə bağlı cinayət işi başladıb
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb
Tramp bu ölkəyə qarşı sanksiyaları ləğv etdi
Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq
"Beşiktaş" ingilis hücumçunu İstanbula dəvət edib
"Fənərbağça" kolumbiyalı hücumçu ilə anlaşıb
Azərbaycan səfiri Rusiya XİN-də - Bir saatlıq müzakirə olub
İlham Əliyev Ruanda Prezidentini təbrik edib