Çin daha bir yeniliyə imza atdı:  7 yaşlı xəstəyə süni ürək köçürüldü

img

15-04-2025 [22:48]


Tez-tez dünyanı heyrətləndirən Çin daha bir yeniliyə imza atıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin rəsmi "Sinxua" Agentliyi məlumat yayıb.

Qeyd edilib ki,  ürəyin daim böyüməsinə və genişlənməsinə səbəb olan genetik və xroniki xəstəlik olan 7 yaşlı uşağa uyğun donor tapmaq mümkün olmadığı üçün həkimlər süni ürək transplantasiyasına qərar veriblər.

Məlumata görə, bu ayın əvvəlində təxminən beş saat davam edən əməliyyatla həkimlər uşağa çəkisi 45 qram, diametri 2,9 santimetr olan süni ürək köçürüblər: "Hazırda uşaq sağlığına qovuşub. Onun durumui günü gündən dah da yaxşılaşır. Bununla da ürək xəstəliyinin ağır mərhələsində olan 7 yaşlı uşaq dünyada süni ürək nəqli edilən ən gənc olub...".

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR