Ərdoğan ona "məsləhət" verən sabiq deputatı partiyadan qovdu

img

14-04-2025 [10:25]


Martın 18-də İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanmasına etiraz edən Ərdoğanın lideri olduğu AK Partiyanın sabiq deputatı Hüseyn Kocabıyıkla bağlı sərt qərar verilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, AK Partiya Mərkəzi İntizam Şurasın keçmiş deputatın partiyadan qovulmasına "hə" deyib.

Xatırladaq ki, Kocabıyık İmamoğlunun həbsi zamanı sosial media hesabında Ərdoğana xitabən belə yazmışdı: "Rəcəb Tayyib Ərdoğan, Sizin gələcəyiniz  nöqtə bura idimi? Biz bunlar üçün mübarizə apardıq? Bunun üçün illərlə özümüzü məhkəmələrdə süründürdük? Əslində, özünüzə qarşı çevriliş etdiniz, xəbərin belə yoxdur..."

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR