"Beşiktaş"ın oyunçusu zədələnib

img

14-04-2025 [08:32]


"Beşiktaş"ən hücumçusu Ernest Muçi bundan sonra komandasına kömək edə bilməyəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 24 yaşlı futbolçu zədə səbəbindən təxminən 1 ay meydandan uzaq qalacaq.

Bu barədə klubdan verilən açıqlamada deyilir:

''Trendyol Super Liqasında Futbol A Komandamızın  "Başakşehir" ilə keçirdiyi matçın 26-cı dəqiqəsində futbolçumuz Ernest Muçi sağ budunun daxili nahiyəsində ağrı hiss edib və matçı davam etdirə bilməyib. Acıbadem Altunizadə Xəstəxanasında keçirilən müayinə zamanı onun sağ budunun daxili əzələsində gərginlik və qanaxma olduğu dəqiqləşib...".

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR