Qadın "TikTok"da mübahisə etdiyi Ceyhun Zeynalovu bıçaqlayıb

img

12-04-2025 [21:04]


Bərdə rayonunda 1992-ci il təvəllüdlü Ceyhun Mübariz oğlu Zeynalov bıçaqlanıb.

Mia.az Report-a istinadla xəbər verir ki, hadisəyə onun “Tiktok” sosial şəbəkəsində qadınla mübahisəsi səbəb olub. 

C.Zeynalov mübahisədən sonra görüşdüyü qadın tərəfindən bıçaq xəsarəti alıb. Ona xəsarət yetirməkdə 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova şübhəli bilinir. DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən T. Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 19.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA