İordan çayının qərb sahilində həbslər davam edir - Bir jurnalist də saxlanılıb

img

10-04-2025 [14:39]


İsrail ordusu İordan çayının qərb sahilində yenidən həbslərə başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı bəyanat yayıb.

Bildrilib ki, İsrail əsgərləri son bir neçə gün içində İordan çayının qərb sahilindəki şəhərlərə basqınları gücləndirib: "İsrail əsgərləri İordan çayının qərb sahilinin müxtəlif bölgələrində keçirdiyi reydlər zamanı ən azı 15 fələstinli saxlanılıb. Onlardan biri jurnalistdir"

Məlumatda qeyd edilir ki, hazırda Cenin və Tülkərim şəhərlərində gərginlik artıb.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR