Rövşən Rüstəmovdan daha bir qalmaqal yaradan dəyişiklik - Rəisi kim əvəzləyb?

img

07-04-2025 [10:16]


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin (Tibb Xidməti) rəisi işdən çıxarılıb.

2014-cü ildən sözügedən xidmətin rəisi olan, “Əməkdar həkim” adını daşıyan Adil Əvəz oğlu Şükürov vəzifəsindən azad olunub.

Digər əmrlə Həkim-Sanitar Xidmətinin rəisi vəzifəsinə Fəxrəddin Azad oğlu Hümbətov təyin edilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Adil Şükürov Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri olan Şahlar Şükürovun qardaşıdır/Gününsesi.info
 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA