Prezident Avropa İttifaqının rəsmisini qəbul edib - Nələr müzakirə olunub? (FOTO)
GÜNDƏM
04.04.2025, 14:56
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Komissiyası arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın uzun və uğurlu tarixinin olduğunu dedi, bunun xüsusilə hazırkı dövrdə enerji məsələlərinin mühüm amilə çevrilməsində rolunu vurğuladı. Dövlətimizin başçısı enerji sahəsində Avropa bazarının bizim üçün əsas bazar olduğunu qeyd edərək, Azərbaycanın bu bazarda ixrac coğrafiyasını genişləndirmək istədiyi bildirdi.
Dan Yorgensen ilk növbədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Ursula Fon der Lyayenə çatdırmağı xahiş etdi.
Qonaq xüsusilə bu mürəkkəb zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə minnətdarlığını bildirərək vurğuladı ki, ölkəmizlə əməkdaşlığa çox böyük önəm verirlər və bunu gələcəkdə də inkişaf etdirmək istəyirlər.
Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı COP29-un ölkəmizdə uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı.
Söhbət zamanı həm təbii qaz, həm də yaşıl enerji sahələrində əməkdaşlıq məsələləri müzakirələr olundu. Bildirildi ki, Avropa İttifaqı öz imkanları çərçivəsində bu istiqamətlər üzrə əməkdaşlığa dəstək verməyi düşünür.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoqunun uğurla aparıldığı vurğulandı, bunun gələcəkdə də davam edəcəyinə ümidvarlıq bildirildi.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:05 GÜNDƏM
-
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları bunlardır - SİYAHI
31.10.2026, 18:05 GÜNDƏM
-
Rəsmi Bakıdan türk diplomatın namizədliyinə açıq dəstək: "Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyi..."
31.10.2026, 16:24 SİYASƏT
-
Bakı–Tbilisi–Bakı sürət qatarı: vaqonların sayı artırlldı, qiymətlər isə... - MƏBLƏĞLƏR
31.10.2026, 15:00 GÜNDƏM
-
İcra başçısının nümayəndəsi bələdiyyə sədrinın başına butulka atıb - “Ciyər axşamı”nda dava düşüb
31.10.2026, 13:31 CƏMİYYƏT
-
Haqqında şok iddialar səsləndirilən rektor Məleykə Abbaszadənin yerinə hazırlaşır? - "DİM sədri olacağımla bağlı iddialar..."
31.10.2026, 13:19 CƏMİYYƏT
-
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib - Nələr müzakirə olunub? + FOTOLAR
31.10.2026, 12:54 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
31.10.2026, 12:27 GÜNDƏM
-
Anar Ələkbərov: "İnanıb dəstəkləyən və yanımızda olan hər kəsə təşəkkür edirik"
31.10.2026, 12:24 MƏDƏNİYYƏT
-
“Stop” əvəzinə “dur”, ya da “toxta” olmalıdır..." - Deputat indi də dilçiliyə keçib, yol nişanlarına belə düzəliş təklif edir
31.10.2026, 11:26 SİYASƏT
-
Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında 5 milyonluq siqaret qaçaqmalçılığı... - Ənvər Tağıyev də həbsdən azad edildi
31.10.2026, 11:09 İQTİSADİYYAT
-
Leyla Əliyeva və Alyona Əliyeva "Baku Art Weekend” sərgisində - VİDEO, FOTOLAR
31.10.2026, 10:06 MƏDƏNİYYƏT
-
Qubanın alma bağlarında xəstəlik yayılıb
31.10.2026, 09:54 İQTİSADİYYAT
-
Azərbaycan nefti bahalaşdı - 4 dollar
31.10.2026, 09:02 İQTİSADİYYAT
-
Rusiyalı milyarder Bakıya gəlib - FOTO
31.10.2026, 00:04 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
31.10.2026, 00:00 CƏMİYYƏT
-
"Qalatasaray" səfərdə "Konyaspor"u darmadağın etdi
30.10.2026, 22:57 İDMAN
-
Soltanlının gülləri heç vaxt solmayacaq... - Seymur Verdizadə yazır
30.10.2026, 22:44 YAZARLAR
-
G20-nin toplantısında gərginlik yarandı - Lavrova görə "Ailə fotosu" ləğv olunub
30.10.2026, 21:53 GÜNDƏM
-
"Napoli" rəsmisi "Fənərbaxça"nın hücumçusunu ələ saldı: "Biz şanslı idik, onu satdıq"
30.10.2026, 20:47 İDMAN
-
SAHİL BABAYEVƏ DAHA BİR MÜAVİN TƏYİN EDİLDİ - O, kimdir? + FOTO
30.10.2026, 20:04 GÜNDƏM
-
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi və... - Prezident medalları təqdim etdi + VİDEOLAR (Yenilənib)
30.10.2026, 19:35 GÜNDƏM
-
Zelenski Türkiyəyə gəlir
30.10.2026, 18:44 GÜNDƏM
-
Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir
30.10.2026, 17:51 SİYASƏT
-
Türkiyədə işıqpulu qalxıb - Yanvarın 1-dən
30.10.2026, 17:38 İQTİSADİYYAT
-
BİR GÜNDƏ ÜÇ GƏMİ... - Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
30.10.2026, 17:22 DÜNYA
-
DEPUTATLAR DAHA 10 MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARACAQ - SİYAHI
30.10.2026, 17:22 GÜNDƏM
-
YAP Təftiş Komissiyası toplandı: sədr və müavin seçildi
30.10.2026, 17:05 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
30.10.2026, 17:00 İQTİSADİYYAT
-
Canlı yayımda Türkiyəni hədələdi: "Gərəkirsə, anlayacaqları dildə başa salarıq"
30.10.2026, 16:56 DÜNYA
-
Ard-arda ittihamlar öz işini gördü - Deputat istefa verdi
30.10.2026, 16:42 SİYASƏT
-
Böyük ümidlərlə alınmışdı, indi isə... - "Gedirəm"
30.10.2026, 16:35 İDMAN
-
ƏRDOĞANLA BAYRAMOVUN ZİRVƏYƏ DAMĞA VURAN SÖHBƏTİ... - FOTOLAR
30.10.2026, 16:31 GÜNDƏM
-
Tokayev Ankarada: "Türkiyə inanılmaz beynəlxalq nüfuza malik bir ölkədir"
30.10.2026, 16:24 SİYASƏT