Bakıda silahlı şəxs tutulub

img

03-04-2025 [15:45]


Bakıda silahlı şəxs tutulub.

Mia.az xəbər verir ki, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 39 yaşlı Vüsal Salmanov saxlanılıb.

Ondan “Makarov” markalı tapança, patron darağı və 4 ədəd patron aşkarlanıb.

Bildirilib ki, Xətai rayonu ərazisində polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlərlə isə 1 avtomat, 1 patron darağı və 14 ədəd patron tapılaraq götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA