İCRA BAŞÇISI İSTİNTAQA BELƏ İFADƏ VERİB: "İndiyə qədər kiminsə məni izləməsini hiss etməmişəm"
02-04-2025 [08:59]
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Taleh Qaraşovun vəkili prosesdə iştirak edib.
Vəkil deyib ki, müvvəkilinin təqsirləndirilən şəxsə qarşı hər hansı bir maddi tələbi yoxdur, amma şikayəti yerində qalır.
Proses zamanı icra başçısının ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Taleh Qaraşov həmin ifadəsində deyib ki, Bəhruz Əskərovu tanımır: "Təqsirləndirilən şəxsin mənə qarşı sui-qəsd hazırladığını mətbuatdan öyrəndim. Həmin vaxt çox həyəcan keçirdim. İndiyə qədər kiminsə məni izləməsini hiss etməmişəm".
Proses şahidlərin dindirilməsi üçün aprelin 29-a kimi təxirə salınıb.
Qeyd edək ki, DTX-də aparılan araşdırmalar zamanı 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlu digər şəxslərlə əlaqəyə girərək Azərbaycan ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsində şübhəli bilinərək saxlanılıb.
İttihama görə, Bəhruz Əskərov Azərbaycanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.
Ona Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib(Report).
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mərmərə dənizini çirkləndirən gəmi sahibinə cəza kəsilib - 26 milyon
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı faktlar nümayiş olunub - FOTOLAR
İlham Əliyev, Mehriban Əliyeva və nəvələri “Sea Breeze”də - FOTOLAR
ABŞ BUNKER DƏLƏN BOMBA DOLU 9 TƏYYARƏNİ İSRAİLƏ GÖNDƏRDİ - "Nəyin bahasına olursa olsun, İranı vuracağıq"
“İsrail olmasaydı, Amerika onu yaradardı” - Amerikanın Yaxın Şərqdə batmayan gəmisi (TƏHLİL)
Rusiya Donetskdə 4 yaşayış məntəqəsini ələ keçirib
Bakıda təmir adıyla 105 milyonluq tender...
Donald Tramp "Siz avropalılara "parazit" demisinizmi?" sualından özünü itirdi: "Nədən bəhs etdiyini bilmirəm"
ƏƏSMN: "Müavinət və təqaüdlərdə bu il növbəti artımlar ediləcək"
ABŞ-da əcnəbi tələbələrin vizası ləğv edilir
Şirvanda saxta araq satılırmış
AFFA “Turan Tovuz”un şikayətini rədd etdi
Bakıxanov, Köhnə Günəşli, İmişli və Qubada ağacları kəsiblər
İlham Əliyev xristian icmasına məktub göndərib - MƏTN
"Bəs sizcə, kimlərə haqsızlıq oldu?" - Qənirə Ataşovadan nazirliyin siyahısına maraqlı reaksiya
"2000-ci ildə ailə qurub Rusiya vətəndaşlığı almışam və..." - Milyonluq məhkəmə işi
ABŞ Suriyadakı 8 bazadan 3-nü qapatdı - Hərbçilər geri çəkilir
Diplomatlar Şuşaya gediblər
Müğənni mollanın təklifinə "yox!" dedi
Məhkəmədə zərərçəkmiş şəxs Madat Babayanı tanıdı: "O, “sən türksən” deyib məni təpiklədi"
Xəzər dənizi geri çəkilir: ekspertlər həyəcan təbili çalır
"Praktik tibb faəliyyəti ilə məşğul ola bilməzlər" - Nazirlikdən "plastk cərrahlar"a sərt xəbərdarlıq
Əfsanəvi idmançı: "Onun yerində mən olsaydım, 20 il cəza alardım"
İran prezidenti Azərbaycana gəlir
İzmirdə FETÖ əməliyyatı: daha 10 nəfər saxlanılıb
Dövlət Vergi Xidməti sahibkarlara xəbərdarlıq edib
İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib
Əməkdar artist xəstəxanaya yerləşdirilib
Naxçıvanda şok hadisə: 85 yaşlı molla xəstə qohumuna qarşı seksual zorakılıq ittihamı ilə həbs olunub
Sabahın hava proqnozu açıqlandı
Azercell-in dəstək verdiyi “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirildi - VİDEO
Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
General Hikmət Mirzəyevə ağır itki üz verib
"Qorxulu olan ədalətsizlikdir, onun müalicəsi yoxdur" - Mətbuat katibi vəzifədən ayrıldı
XİN: "Bu cür cinayətlər heç vaxt cavabsız qalmamalıdır"
Ərdoğan Türkiyə ilə Azərbaycan arasında qaz müqaviləsini təsdiqlədi - Nələr olacaq?
Şəhid Mübariz Hüseynovla vida mərasimi keçirilib
Təyyarəni qaçırmaq istəyən şəxs güllələnib - Yaralılar var
Türkiyədə daha 6 kriminal dəstəyə qarşı əməliyyat: 158 nəfər tutulub
MƏKTƏB BİZİM EVİMİZDİR - Şagirdlər yazır (FOTOLAR)
İsrailli nazir: "Trampın planını həyata keçirməyin vaxtıdır"