İki İran vətəndaşı saxlanıldı - 36 kq narkotiklə

img

31-03-2025 [11:39]


Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsini və ayrı-ayrı ünvanlara yerləşdirilməsini təşkil edən transmilli mütəşəkkil cinayətkar dəstənin üzvləri olan İran vətəndaşlarına qarşı polis əməkdaşları əməliyyat keçirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə 26 yaşlı Hadi Fəsihi və 29 yaşlı Rza Ətai saxlanılıblar. Onlardan 36 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dəstənin digər üzvlərinin və ölkə daxilində olan əlaqəli şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA