ABŞ və UKRAYNA ARASINDA YENİ RAZILAŞMA OLDU - Rüstəm Umerov detalları açıqladı
25-03-2025 [20:58]
Ukrayna və ABŞ Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, eləcə də enerji infrastrukturuna hücumların dayandırılması barədə razılığa gəliblər.
Bunu Ər-Riyadda danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov deyib.
“Bütün tərəflər təhlükəsiz naviqasiyanı təmin etmək, güc tətbiqini dayandırmaq və Qara dənizdə hərbi məqsədlər üçün kommersiya gəmilərindən istifadənin qarşısını almaq barədə razılığa gəliblər. Həmçinin Ukrayna və Rusiyanın enerji infrastrukturuna hücumların tam dayandırması ilə bağlı da razılıq əldə olunub”, - deyə o bildirib.
R. Umerov Rusiyanın hərbi gəmilərinin Qara dənizin şərq hissəsindən kənara hərəkətinin bu sazişin ruhunun pozulması kimi qiymətləndiriləcəyini və Kiyev tərəfindən Ukraynanın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcəyini vurğulayıb. Bundan əlavə, o qeyd edib ki, tərəflər üçüncü ölkələrin dəniz və enerji sazişlərinin həyata keçirilməsinə dəstək üçün cəlb olunmasını alqışlayıblar. ABŞ da məhbusların əsir və girovların azad edilməsini dəstəklədiyini təsdiqləyib: “Sazişlərin səmərəli həyata keçirilməsi üçün onların icrası, monitorinqi və nəzarəti ilə bağlı bütün detalları razılaşdırmaq üçün mümkün qədər tez əlavə texniki məsləhətləşmələrin aparılması vacibdir”.
Kreml isə bildirib ki, Rusiya və ABŞ prezidentləri arasında əldə edilən razılaşmaya əsasən, tərəflər Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, güc tətbiq edilməməsi və kommersiya gəmilərinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınması, eyni zamanda belə gəmilərin yoxlanılması yolu ilə müvafiq nəzarət tədbirlərinin təşkili barədə razılığa gəliblər.
Rəsmi Moskva vurğulayıb ki, Qara dənizlə bağlı sazişlər Rosselxozbank və aqrar-sənaye kompleksində ticarəti təmin edən digər banklardan sanksiyalar götürüldükdən və həmin banklar yenidən SWIFT-ə qoşulduqdan sonra qüvvəyə minəcək. Bundan başqa Rusiya tərəfi qeyd edib ki, Qərbin gəmilərə və kənd təsərrüfatı avadanlıqlarının tədarükünə tətbiq etdiyi sanksiyaları ləğv etmədən Qara dəniz taxıl müqaviləsini bərpa etməyəcək.
Sazişlərin yenilənməsi şərtlərinə limanlarda gəmilərə xidmət göstərilməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və qida, gübrə ticarəti ilə məşğul olan Rusiya bayrağı altında üzən gəmilərə tətbiq edilən sanksiyaların götürülməsi daxildir. Daha bir şərt isə Rusiya Federasiyasına kənd təsərrüfatı texnikasının, habelə qida (o cümlədən balıq məhsulları) və gübrə istehsalında istifadə olunan digər malların tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasıdır.
ABŞ nümayəndə heyətinin Rusiya ilə bağlı bəyanatda qeyd olunub ki, ABŞ Rusiyanın kənd təsərrüfatı və gübrə ixracı ilə bağlı dünya bazarına çıxışını bərpa etməyə, dəniz sığortası xərclərini azaltmağa və bu cür əməliyyatlar üçün limanlara və ödəniş sistemlərinə çıxışını genişləndirməyə kömək edəcək. Ukrayna ilə bağlı bəyanatda ABŞ hərbi əsirlərin mübadiləsi, mülki məhbusların azad edilməsi və zorla köçürülmüş ukraynalı uşaqların geri qaytarılmasına nail olmaqda kömək etmək öhdəliyinə sadiq qaldığını bəyan edib(Report).
Onu da qeyd edək ki, bu gün Rusiya və ABŞ Qara dənizdə təhlükəsiz naviqasiyanı təmin etmək və güc tətbiqini aradan qaldırmaq barədə razılığa gəliblər.
Bu barədə Rusiya və ABŞ ekspert qruplarının Ər-Riyadda keçirilən görüşünün yekunları üzrə Ağ Evdən verilən yazılı açıqlamada bildirilib: “ABŞ və Rusiya gəmiçiliyin təhlükəsizliyini təmin etmək, güc tətbiqini aradan qaldırmaq və Qara dənizdə hərbi məqsədlər üçün ticarət gəmilərindən istifadənin qarşısını almaq barədə razılığa gəliblər”.
MİA.AZ
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu sobadakı qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var
"Məgər Elçin Əlibəyli öz qardaş-bacılarına görə məsuliyyət daşıyır?" - Deputatdan aparıcı ilə bağlı sərt açıqlamalar
Qorunan və qorunmayan ləyaqət!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dövlət Vergi Xidmətində təyinatlar olub
Əbülfəz Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir - Açıqlama
Deputata orden verildi - Sərəncam
Polkovnik-leytenant vəzifədən azad edildi - General Baba Salayevə yeni müavin təyin olundu
Rusiya Ukraynada 5 daha qəsəbəni ələ keçirib - SİYAHI
Azərbaycandan Ermənistana daha 48 vaqon neft yola salınıb
AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib
DTX-dən daha bir şok əməliyyat: xarici xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq edən şəxsi qandallandı
İCRA BAŞÇISININ KÜRƏKƏNİ RƏİS TƏYİN EDİLDİ - Gömrük Komitəsində daha bir diqqətçəkən dəyişiklik oldu
“Azergold”da növbəti tender müəmması - ADI DƏLƏDUZLUQDA HALLANAN ŞİRKƏTİ KİMLƏR QALİB EDİB?
Mübariz Mənsimovdan haqqındakı iddiaya reaksiya: "O televiziya kanalı ilə heç bir əlaqəm yoxdur və..."
Attestat və diplomlar yalnız elektron qaydada veriləcək
Beş ştat Tramp administrasiyasına qarşı iddia qaldırıb - Səbəb
Ukrayna BMT TŞ-nin təcili toplantısını tələb etdi - Rusiyanın "Oreşnik" hücumuna görə
Bakı-Moskva-Bakı marşrutu üzrə reyslər ləğv olunub
Hondurasda deputatın üstünə bomba atıblar - FOTO
Sabah yağış yağacaq
Bakıda müəllim direktor müavinini döyüb
Qurban Qurbanov: “Şəxsi həyatımla bağlı danışmağı xoşlamıram”