"Ermənistan mövcud çətinlikləri aradan qaldıran zaman..." - Rəsmi Bakıdan İrəvanın iddialarına etiraz gecikmədi
SİYASƏT
21.03.2025, 12:09
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi iddiaları etiraz edib.
Mia.az xəbər verir ki, bu haqda nazirliyin şərhində deyilir ki, rəsmi Bakı ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə mətbuat konfransında səsləndirdiyi əsassız iddiaları pisləyir: "Təəssüf ki, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına mane olan problemlərin aradan qaldırılmasına çalışmaq əvəzinə, Azərbaycanı sülhdə maraqlı olmayan ölkə kimi qələmə verməklə manipulyasiya ilə məşğul olur".
XİN xatırladıb ki, qonşusuna qarşı təcavüzə başlamış, həm Ermənistandan, həm də 30 ilə yaxın müddətdə işğal etdiyi ərazilərdən bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoymuş, qırğınlar törətmiş, şəhər və qəsəbələri yerlə-yeksan etmiş ölkə Azərbaycan deyil, Ermənistan olub. Azərbaycan heç vaxt Ermənistana qarşı işğalçılıq siyasəti aparmayıb və regionu qarşıdurma zonasına çevirən belə bir vəziyyətin yaranmasında maraqlı olmayıb: "Hətta Ermənistan xarici işlər nazirinin Ermənistanın sülh müqaviləsi layihəsinin ən son versiyası ilə razılaşaraq, mətn layihəsi üzrə danışıqların yekunlaşmasına yol açması ilə bağlı açıqlaması da bu ölkənin son iki il yarım ərzində danışıqların mətninə qəbuledilməz təkliflər irəli sürməklə prosesə necə mane olduğunu nümayiş etdirir. Məhz Azərbaycan diplomatiyası və tədbirləri bizə mətn üzrə danışıqları yekunlaşdırmağa imkan verib".
Azərbaycan XİN-in məlumatında qeyd edilib ki, heç bir halda bizim Ermənistanın konstitusiyasında təsbit olunmuş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialarına, eləcə də Ermənistanın keçmiş münaqişənin qalıqları olan Minsk Qrupu və ATƏT-in aidiyyəti qurumlarını qorumağa çalışan hərəkətlərinə etinasız yanaşacağımız anlamına gəlməməlidir:
"Bir daha bildiririk ki, Ermənistan mövcud çətinlikləri aradan qaldıran zaman müqavilə imzalanmağa hazır olacaq.
Ermənistanın xarici işlər naziri və digər rəsmi şəxsləri kommunikasiyalar və “silahlara nəzarət mexanizmləri” ilə bağlı qondarma təkliflərinə Azərbaycanın müsbət cavab vermədiyini bildirəndə belə görünür ki, Ermənistan tərəfi ya Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı şərhlərini izləmir, ya da nanəciblik, diqqət, təsdiq və ya başqalarını manipulyasiya etmək istəyindən əziyyət çəkir.
Müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum olunmuş erməni əsilli məhbusların azadlığa buraxılması çağırışlarına gəldikdə, vurğulayırıq ki, cinayətləri Cenevrə Konvensiyalarına və ümumilikdə beynəlxalq hüquq və daxili qanunlara əsasən araşdırmaq və mühakimə etmək Azərbaycanın ayrılmaz hüququ və öhdəliyidir.
Əgər Ermənistan həqiqətən də mövcud humanitar problemlərin həllində maraqlıdırsa, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarını təmin etməli, 4000-ə yaxın itkin düşmüş azərbaycanlının yeri barədə məlumat verməli, Azərbaycan ərazilərində kütləvi şəkildə yerləşdirdiyi mina xəritələrinin təqdim edilməsində əməkdaşlıq etməlidir. Azərbaycan bütün istiqamətlərdə sülh səylərini davam etdirəcək və bu prosesə qarşı addımların qarşısını qətiyyətlə alacaq".
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
DÇ-2026: İspaniya millisi inamlı qəəbə qazanıb
Bugün, 00:59 İDMAN
-
Dövlət katibi qırmızı karta etiraz etdi: “Kaş ki, qərardan şikayət etmək imkanı olaydı”
Bugün, 00:32 İDMAN
-
Hücumçu “Qalatasaray” forması ilə məşqə çıxdı, azarkeşlər etiraz elədi – FOTO
Bugün, 00:04 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
İran XİN: “ABŞ Qərbi Asiyada sülh və təhlükəsizliyə sistemli məhəl qoymayıb”
02.07.2026, 23:45 DÜNYA
-
Hakan Fidan: “ABŞ F-35-lərlə bağlı qadağanı ləğv edə bilər”
02.07.2026, 22:13 SİYASƏT
-
Azərbaycandan İranın sabiq Ali rəhbərinin dəfn mərasiminə kimlər gedəcək? - Adlar bəlli oldu
02.07.2026, 21:29 SİYASƏT
-
Müddətin bitməsinə 2 dəqiqə qalmış müqaviləyə xitam verildi
02.07.2026, 19:50 İDMAN
-
SOCAR-da daha bir dəyişiklik - Rövşən Nəcəf yeni rəis təyin edib
02.07.2026, 19:08 CƏMİYYƏT
-
Ruslan Abdullayev vəzifədən azad edilib
02.07.2026, 18:54 CƏMİYYƏT
-
Mətbuat konfransında atasının ölüm xəbərini aldı – Yarımçıq tərk etdi
02.07.2026, 18:15 PRESS
-
““Qalatasaray”la Mauro İkardi anlaşa bilməyib”
02.07.2026, 18:07 İDMAN
-
ÜST RƏSMƏN BƏYAN ETDİ: “Hantavirus epidemiyası sona çatıb”
02.07.2026, 17:59 GÜNDƏM
-
Fədayə Laçının rus dilində danışığı gündəm oldu - VİDEO
02.07.2026, 17:57 ŞOU-BİZNES
-
Saatlıda Polis Günü qeyd olunub - FOTOLAR
02.07.2026, 17:33 GÜNDƏM
-
Tramp NATO üzvlərinin xərclərini paylaşdı: "Biz bu vəziyyəti dəyişməliyik"
02.07.2026, 17:31 DÜNYA
-
"Türk Dünyası Həftəsi"nin iştirakçıları Şuşada - FOTOLAR
02.07.2026, 17:09 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
02.07.2026, 17:00 İQTİSADİYYAT
-
Dəməşqdə restoranda partlayış oldu – Çoxlu sayda ölən və yaralananlar var
02.07.2026, 16:48 DÜNYA
-
Sabah geomaqnit qasırğasının olması gözlənilir
02.07.2026, 16:29 CƏMİYYƏT
-
Prezident İlham Əliyevdən fərman imzaladı - Bu qurumda nazir müavinlərinin sayı artırıldı
02.07.2026, 16:22 GÜNDƏM
-
DİM-dən imtahana öz yerinə başqalarını keçirməyə cəhd edənlərə - Xəbərdarlıq
02.07.2026, 16:20 GÜNDƏM
-
"Nəriman müəllimə verilən yuxu dərmanları artıq dayandırılıb"
02.07.2026, 16:09 MƏDƏNİYYƏT
-
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib - AÇIQLAMA + FOTO
02.07.2026, 15:57 İQTİSADİYYAT
-
Yazıçı Anar qızı haqqında yazan Orxan Saffari barədə belə dedi: "Tamamilə “бездарный” adamdır"
02.07.2026, 15:56 MƏDƏNİYYƏT
-
Mirzə Babayevin nəvəsinin şikayəti Avropa Məhkəməsində - Azərbaycan hökumətinə suallar gəldi
02.07.2026, 15:46 SİYASƏT
-
Bakıda 83 yaşlı kişi öldürülüb
02.07.2026, 15:41 KRİMİNAL
-
Mərkəzi Bank"Global İnnovations", "United Payment", "Baku Pay" və "Fizza Pay" barədə göstərişverdi
02.07.2026, 15:37 İQTİSADİYYAT
-
Türkiyədə zəlzələ olub - 5.3 bal gücündə
02.07.2026, 15:19 GÜNDƏM
-
AAYDA-nın yeni sədrindən növbəti böyük dəyişklik - 10 yol idarəsi ləğv olundu, rəisləri yola salındı (SİYAHI)
02.07.2026, 14:47 GÜNDƏM
-
Bakıda qurbağalar niyə qəfil artdı?
02.07.2026, 14:22 CƏMİYYƏT
-
"Baş nazirlə heç nəyi müzakirə etməmişəm" - Ermənistan parlamentinin spikeri mandatdan imtina etdi
02.07.2026, 14:01 SİYASƏT
-
DÇ-2026-nın "cadugəri" iki sensasiyalı proqnoz verdi: Argentina uduzacaq, çempion isə..."
02.07.2026, 14:01 İDMAN
-
Aktyor Deniz Göktaş həbs olundu
02.07.2026, 13:38 MƏDƏNİYYƏT