Yəmənin itkiləri ilə bağlı son məlumat açıqlanıb - 53 nəfər ölüb, 98 yaralı var

img

17-03-2025 [08:27]


ABŞ ordusunun Yəməndə İranın dəstəklədiyi husilərə zərbələri nəticəsində ölənlərlə bağlı son statistik məlumat açıqlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Husi Səhiyyə Nazirliyi adlandırılan qurum bəyanat verib.

Bəyanatda bildirilib ki, hücumlarda 5-i uşaq olmaqla, 53 nəfər həlak olub: "Bundan başqa, 9-u qadın və uşaq olmaqla 98 nəfər isə yaralanıb".

Bəyanatda ABŞ-ın hücumu və paytaxt Səna və bir sıra vilayətlərdə mülki hədəflərə zərbələr endirilməsi  pislənilib və bu, hərbi cinayət adlandırılıb.

Xatırladaq ki, Husilər martın 7-də İsrailə 4 gün vaxt verib. Qruplaşma bildirib ki, əgər bu müddətə qədər Qəzzaya yardım buraxılmasa,  İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlar. Qruplaşma müddətin bitdiyi ayın 11-də isə artıq İsrail gəmilərinə qarşı Qırmızı dəniz, Oman dənizi, Bab əl-Məndəb boğazı və Ədən körfəzində əməliyyatları bərpa etdiyini bəyan edib.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR